Azərbaycan və Rusiya prezidentləri arasında telefon danışığı olub | 1news.az | Xəbərlər
Rəsmi

Azərbaycan və Rusiya prezidentləri arasında telefon danışığı olub

13:11 - 25 / 02 / 2016
Azərbaycan və Rusiya prezidentləri arasında telefon danışığı olub

Azərbaycan Prezidenti İlham Əliyevlə Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

1news.az-ın Kremlin rəsmi saytına istinadla verdiyi xəbərə görə, dövlət başçıları Suriya münaqişəsinin tənzimlənməsi məsələsini müzakirə edib, əlaqələri davam etdirmək barədə razılığa gəliblər.

“Prezidentlərin telefon danışığında ticarət-iqtisadi əməkdaşlıq və beynəlxalq gündəmin bir sıra aktual mövzuları müzakirə edilib. Suriya tənzimlənməsi məsələsinə dair fikir mübadiləsi aparan prezidentlər Rusiya və ABŞ-ın Suriyada hərbi əməliyyatların dayandırılmasına dair müştərək qətnamənin əhəmiyyətini vurğulayıblar”, - mətbuat xidmətindən qeyd ediblər.

1news.az

 

Paylaş:
909

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər