Daha bir dövlət qurumunda Apelyasiya Şurası yaradılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Daha bir dövlət qurumunda Apelyasiya Şurası yaradılıb

15:39 - 25 / 02 / 2016
Daha bir dövlət qurumunda Apelyasiya Şurası yaradılıb

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində Apelyasiya Şurası yaradılıb.

1news.az-ın məlumatına görə, Dövlət Agentliyinin sədr müavininin rəhbərlik etdiyi Apelyasiya Şurasının tərkibinə Agentliyin və onun tabeliyindəki “ASAN xidmət”in vəzifəli şəxsləri daxildir.

Qeyd edək ki, Şuranın yaradılmasında əsas məqsəd sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin Dövlət Agentliyinə daxil olan təkrar şikayətlərinə baxılması sahəsində şəffaflığın və obyektivliyin təmin edilməsi, bu sahədə şəxslərin hüquqlarının və qanunla qorunan maraqlarının müdafiəsidir.

Qeyd edək ki, Şura Azərbaycan Prezidenti İlham Əliyevin 2016-cı il fevralın 3-də imzaladığı “Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apelyasiya Şuralarının yaradılması haqqında” Fərmana əsasən yaradılıb.

1news.az

Paylaş:
705

Son xəbərlər

Bütün xəbərlər