Səfir: “Azərbaycan xalqına Xocalı faciəsinin ildönümü ilə əlaqədar başsağlığı veririk”

“Azərbaycan xalqına Xocalı faciəsinin 24-cü ildönümü ilə əlaqədar dərin hüznlə başsağlığı veririk”.
1news.az-ın verdiyi xəbərə görə, bu haqda İranın Azərbaycandakı səfiri Möhsün Pakayin jurnalistlərlə mətbuat konfransı zamanı bəyan edib.
“İran bu faciə ilə bağlı Azərbaycan xalqının dərdinə şərikdir”, - deyən səfir, Azərbaycan xalqına əmin-amanlıq arzu edib.
Sonda səfir sözlərinə əlavə edib ki, dünyada gələcəkdə bu cür hadisələrin olmamasına ümid edir.
1news.az
654