Polis axtarışda olan şəxsləri tutub | 1news.az | Xəbərlər
Cəmiyyət

Polis axtarışda olan şəxsləri tutub

20:53 - 25 / 02 / 2016
Polis axtarışda olan şəxsləri tutub

Polis axtarışda olan iki nəfəri saxlayıb.

1news.az-ın Daxili İşlər Nazirliyinə istinadən verdiyi xəbərə görə, Şamaxı Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə axtarışda olan Nahid Qasımov tutulub.

Bundan başqa Sabunçu polisinin həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 126-cı (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə axtarışda olan Sənani Əhmədov da tutulub.

1news.az

 

Paylaş:
536

Son xəbərlər

Bütün xəbərlər