“Xocalıya ədalət!” beynəlxalq kampaniyasının yeni internet səhifəsi istifadəyə verildi - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Xocalıya ədalət!” beynəlxalq kampaniyasının yeni internet səhifəsi istifadəyə verildi - FOTO

10:22 - 25 / 02 / 2016
“Xocalıya ədalət!” beynəlxalq kampaniyasının yeni internet səhifəsi istifadəyə verildi - FOTO

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Xocalı soyqırımı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması məqsədilə 2008-ci ildə təsis edilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının yeni internet səhifəsi istifadəyə verilib (www.justiceforkhojaly.org).

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, yeni səhifə bir çox fərqli xüsusiyyətləri ilə yanaşı, həm də Xocalı soyqırımı ilə bağlı hərtərəfli resurs mənbəyi rolunu oynayır. Belə ki, internet səhifəsində Xocalı şəhərinin işğaldan əvvəlki vəziyyəti, onun coğrafiyası, tarixi, iqtisadiyyatı və demoqrafik vəziyyəti barədə ətraflı məlumat toplanıb. Xocalı ilə bağlı saytda yerləşdirilmiş tarixi faktlar ermənilərin bu əraziyə olan iddialarının əsassız olduğunu bir daha sübut edir.

Bundan başqa, saytda Xocalı soyqırımından sonra qırğın törədilən ərazidə yerli və xarici müxbirlər tərəfindən çəkilmiş foto və videomateriallar, şahid ifadələri, sənədli filmlər, Xocalı hadisələri ilə bağlı 1992-ci ildə beynəlxalq mətbuatda dərc edilmiş məqalələr, xarici müəlliflərə məxsus araşdırmalar, tarixi sənədlər və s. faydalı materiallar təqdim olunur. İnternet səhifəsində, həmçinin “Xocalıya ədalət” beynəlxalq kampaniyası tərəfindən Xocalı hadisələri ilə bağlı hazırlanmış xüsusi təqdimat da (“PowerPoint” formatında) yerləşdirilib. Bu təqdimatdan istifadə etməklə istənilən şəxs təhsil aldığı təhsil müəssisəsi və ya fəaliyyət göstərdiyi kollektivdə Xocalı soyqırımı həqiqətlərini çatdıra bilər.

Xocalı soyqırımına dair mühüm məlumatların toplandığı geniş resurs mənbəyi olan internet səhifəsi ictimaiyyətə beynəlxalq kampaniyanın fəaliyyətində yaxından iştirak etmək imkanı yaradan interaktiv platformadır. Saytda kampaniyada iştirakın müxtəlif üsulları barədə geniş məlumat verilir.

“Xocalıya ədalət!” beynəlxalq kampaniyası hər kəsi internet səhifəsində təklif olunan üsul və vasitələrdən, həmçinin kampaniyanın digər onlayn resurslarından (www.facebook.com/JFKCampaign, instagram/justiceforkhojaly) istifadə etməklə Xocalı soyqırımı barədə maarifləndirmə işinə töhfə verməyə çağırır.

www.justiceforkhojaly.org səhifəsinə öz internet səhifələrində keçid (banner) yerləşdirmək niyyətində olan təşkilatlar/qurumlar beynəlxalq kampaniya ilə əlaqə saxlaya bilərlər ([email protected], 4976316).

1news.az

Paylaş:
618

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər