“PAŞA Sığorta” şirkəti 8 Mart– Qadınlar Günü münasibətilə yeni kampaniyaya başlayır
Hər zaman müştərilərinin rahatlığını düşünən “PAŞA Sığorta” şirkəti bu dəfə xanım müştərilərini sevindirməyə tələsir.
1news.az-ın verdiyi xəbərə görə, 8 Mart – Qadınlar Günü münasibəti ilə 25 fevral-10 mart tarixlər arasında “PAŞA Sığorta” şirkətinə müraciət edərək xanımlar üçün özəl olan PASHA Ladies avtomobil sığortasını əldə edən hər bir xanım əlavə olaraq 80 manatlıq kupon əldə edir.
Bu kuponda olan məbləği xanımlar şəhərimizdə yerləşən bir çox restoran, elektronika mağazaları, supermarket, geyim mağazaları, şirniyyat evləri, gözəllik salonlarında xərcləyə biləcəklər.
Nəzərinizə çatdıraq ki, PASHA Ladies özəlliklə xanımlar üçün nəzərdə tutulan ilk və yeganə avtomobil sığortası məhsuludur. PASHA Ladies-i əldə edən bütün xanımlar özəl karta sahib olur və bununla müxtəlif məkanlarda endirim və üstünlüklərdən yararlanmaq imkanı qazanırlar. Əlavə olaraq bildirmək istərdik ki, PASHA Ladies sığorta məhsulu çərçivəsində sizlər sığorta haqqını hissə-hissə də ödəyə bilərsiniz.
PASHA Ladies barədə ətraflı məlumat: *7000 Sığorta Məsləhətləri Xətti və ya http://bit.ly/1JgscXj.
Qeyd edək ki, “PAŞA Sığorta” şirkəti 2006-cı ildən fəaliyyət göstərir. “PAŞA Holding” qrupunun üzvü olan “PAŞA Sığorta” korporativ və fərdi müştərilərə 35 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. Nizamnamə kapitalı 50 mln. manat olmaqla, “PAŞA Sığorta” kapitallaşma göstəricilərinə və riskləri özündə saxlama gücünə görə Azərbaycanın sığorta və təkrar sığorta bazarında lider mövqeyini gücləndirir.