“BakuBus” avtobusunun marşrutu dəyişdiriləcək – XƏRİTƏ
Xocalı soyqırımının 24-cü ildönümü ilə əlaqədar olaraq “BakuBus” avtobusunun marşrutu müvəqqəti olaraq dəyişdiriləcək.
1news.az-ın verdiyi xəbərə görə, bu barədə “BakuBus” MMC-nin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova məlumat verib.
“Fevralın 26-da paytaxtın Xətai rayonunda yerləşən “Ana harayı” abidəsinin önündə keçiriləcək ümumxalq hüzn mərasimi ilə əlaqədar Xocalı prospekti istiqamətində Nəcəfqulu Rəfiyev, Yusif Səfərov, Süleyman Vəzirov, Mehdi Mehdizadə küçələrinin kəsişmələrindən avtomobillərin hərəkəti məhdudlaşdırılacaq. “BakuBus”a məxsus 14 saylı marşrut xətti bu səbəbdən hər iki istiqamətdə Xətai metro stansiyasının önündən keçməyəcək”- deyə, N.Allahyarova qeyd edib.
Xatırladaq ki, bir qədər öncə Dövlət Yol Polisi İdarəsi fevralın 26-da Bakıda nəqliyyatın hərəkətinin məhdudlaşdırılacağı ilə bağlı sürücüləri xəbərdar edib.
1news.az