Bakıda 17 yaşlı əfqan qız binadan yıxılaraq ölüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda 17 yaşlı əfqan qız binadan yıxılaraq ölüb

11:05 - 25 / 02 / 2016
Bakıda 17 yaşlı əfqan qız binadan yıxılaraq ölüb

Bakıda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

 

Binəqədi rayon Polis İdarəsindən 1news.az-a verilən məlumata görə, hadisə Rəsulzadə qəsəbəsi, Musabəyov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında qeydə alınıb.

 

Belə ki, həmin binanın 12-ci mərtəbəsindəki mənzillərdən birində yaşayan Əfqanıstanın Kabul şəhərində anadan olmuş, 1999-cu il təvəllüdlü Fatimə Ezatullahi pəncərə silərkən ehtiyatsızlıqdan aşağı yıxılıb və yerindəcə keçinib.

 

Faktla bağlı araşdırma aparılır.

 

1news.az

Paylaş:
766

Son xəbərlər

Bütün xəbərlər