“Schneider Electric” ənənəvi beynəlxalq tələbə müsabiqənin başlanmasını elan etdi | 1news.az | Xəbərlər
İqtisadiyyat

“Schneider Electric” ənənəvi beynəlxalq tələbə müsabiqənin başlanmasını elan etdi

12:00 - 25 / 02 / 2016
“Schneider Electric” ənənəvi beynəlxalq tələbə müsabiqənin başlanmasını elan etdi

Enerji idarəetmə və avtomatlaşdırma üzrə dünya mütəxəssisi olan “Schneider Electric” şirkəti tələbələr arasında keçirilən “Go Green in the City” 6-cı illik müsabiqənin başlanmasını elan etdi.

1news.az-ın verdiyi xəbərə görə, bu,"ağıllı" şəhərlər üçün elektrik enerjisinin təhçizatında yaranan problemlərinin həllinə istiqamətlənən innovasiyalı biznes çözümlərinin beynəlxalq müsabiqəsidir.

2016-cı ilin aprelin 15-nə qədər biznes və mühəndislik üzrə bakalavrlar və mühəndislər, həmçinin MBA kurslarının tələbələri bu layihədə iştirak etmək üçün dəvət olunurlar. Üzvlərdən birinin mütləq bir qadın nümayəndəsi olmaq şərtilə iki nəfərdən ibarət olan komanda "ağıllı" şəhərlər üçün elektrik enerjisinin idarəetməsinə dair öz innovasiyalı təkliflərini (keyslərini) bu mövzular ətrafında təqdim etməlidirlər: "Strategiya və Texnologiya", "Məhsulların yenidən istifadəsi və işlədilməsi","Şəhərin ekoloji ərazisində elektrik enerjisinin kiçik paylayıcı şəbəkələri", "Aşağı texnologiya laboratoriyası" və "Sərhədsiz". 2015-ci ildə Hindistanın Xaraqpur Texnoloji İnstitutunun tələbə komandası enerjinin səmərəli  istifadəsi üçün proqram təminat ideyası verməklə müsabiqəni qazandı.

"Ağıllı" şəhərlərdə enerji idarəetmə mövzusu son 5 il ərzində tələbələr arasında çox böyük diqqət cəlb edir. Şəhərlərin dayanıqlığına nail olmaq üçün enerjinin istifadəsinin "ağıllı" idarəedilməsinin zəruriliyi gənc nəsilin maarifləndirilməsinə və məlumatlandırılmasına yönləndirilən keçən il “Go Green in the City”  müsabiqəsi 168 ölkənin 12 800-dən çox iştirakçısını cəlb edib, onlardan 57%-ni qadınlar təşkil edirdi. 2015-ci ildə Hindistan, İndoneziya ve Koreya nümayəndələri xüsusilə fəal idi və daxil olan ərizələr arasında geniş surətdə təqdim olunub.

Yarımfinalçı komandalar onların ideyalarının video-təqdimatlarını və qisa icmalını yaratmaq üçün “Schneider Electric” rəhbərliyi ilə işləyəcəklər. 15 iyul 2016-cı il tarixində 12 ən yaxşı komanda elan edilərək finalda iştirak etmək üçün Parisə dəvət olunacaqlar. Qalib komanda şirkətin işçiləri və yüksək təbəqəli menecmentlə ünsiyyət yaradaraq, “Schneider Electric” nümayəndələri ilə birlikdə VİP səviyyəsində dünya üzrə səyahət edəcəkdir. Onlara həmçinin yaşayış yerləri üzrə “Schneider Electric” şirkətində iş təklif olunacaqdır.

Daha ətraflı məlumat əldə etmək üçün “Go Green in the City” veb saytına (www.gogreeninthecity.com) və müsabiqənin Facebook və Twitter rəsmi səhifəsinə daxil olun.

www.schneider-electric.com

Paylaş:
983

Son xəbərlər

Əmtəə bazarlarında qızıl və gümüş daha da bahalaşıbBu gün, 09:35AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:24Yaxın Şərqdə sülhə doğru: İsrail ABŞ-nin planını təsdiqlədiBu gün, 09:18Vətəndaşlara məxsus fərdi məlumatları qanunsuz əldə edən kiberdələduzların məhkəməsi keçirildiBu gün, 09:14Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilibBu gün, 09:05Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 08:51COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlər26 / 11 / 2024, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblər26 / 11 / 2024, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcək26 / 11 / 2024, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHI26 / 11 / 2024, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA26 / 11 / 2024, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıb26 / 11 / 2024, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındı26 / 11 / 2024, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcək26 / 11 / 2024, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”26 / 11 / 2024, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTO26 / 11 / 2024, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib26 / 11 / 2024, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanır26 / 11 / 2024, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaq26 / 11 / 2024, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaq26 / 11 / 2024, 15:25
Bütün xəbərlər