Xocalı soyqırımı ilə əlaqədar “Park Bulvar” ticarət mərkəzində fləşmob təşkil olunub - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Xocalı soyqırımı ilə əlaqədar “Park Bulvar” ticarət mərkəzində fləşmob təşkil olunub - VİDEO

12:47 - 25 / 02 / 2016
Xocalı soyqırımı ilə əlaqədar “Park Bulvar” ticarət mərkəzində fləşmob təşkil olunub - VİDEO

Xocalı faciəsinin 24-cü ildönümü ilə əlaqədar Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı (AGAT) tərəfindən “Park Bulvar” ticarət mərkəzində fləşmob keçirilib.

1news.az-a AGAT-dan bildiriblər ki, fləşmob Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başladılan “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində təşkil edilib.

Tədbirin məqsədi 1992-ci il fevralın 25-dən 26-na keçən gecə ermənilərin Xocalıda törətdikləri soyqırımının dəhşətlərini diqqətə çatdırmaqdır.

Fləşmob şəhər sakinlərinin böyük marağına səbəb olub.

1news.az

Paylaş:
732

Son xəbərlər

Bütün xəbərlər