Hərbi qulluqçuların döyüş bacarıqları təkmilləşdirilir – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Hərbi qulluqçuların döyüş bacarıqları təkmilləşdirilir – FOTO

13:05 - 26 / 02 / 2016
Hərbi qulluqçuların döyüş bacarıqları təkmilləşdirilir – FOTO

Silahlı Qüvvələrin hərbi qulluqçularının peşəkarlığının və nəzəri biliklərinin artırılması, praktiki vərdişlərinin möhkəmləndirilməsi məqsədilə hazırlıq məşqləri keçirilib.

1news.az-ın Müdafiə Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin Qaraheybət təlim mərkəzində baş tutan məşqlərdə şəxsi heyətə real döyüş şəraitinə uyğun vəziyyətdə zirehli texnikaların idarə edilməsi, manevr imkanları öyrədilib, eləcə də ekipajların praktiki hazırlığı, şərti düşmənin canlı qüvvə və texnikasına zərbə vurulması üzrə tapşırıqlar icra olunub.

Hərbi qulluqçuların silahlanmada olan müxtəlif çaplı silahlardan praktiki istifadə etmək bacarıqları təkmilləşdirilib.

1news.az

Paylaş:
799

Son xəbərlər

Bütün xəbərlər