Bakıda avtobusdan oğurluq edən şəxs saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda avtobusdan oğurluq edən şəxs saxlanılıb

13:52 - 26 / 02 / 2016
Bakıda avtobusdan oğurluq edən şəxs saxlanılıb

Polis Bakıda avtobusdan oğurluq edən şəxsi saxlayıb.

1news.az-ın Daxili İşlər Nazirliyinə istinadən verdiyi xəbərə görə, fevralın 25-də paytaxtın Nizami rayonunun Q.Qarayev prospektində naməlum şəxs Bakı şəhər sakini Tarıyel Rəhimovun idarə etdiyi “Daewoo” markalı 64 saylı xətt avtobusundan açıq talama yolu ilə 45 manat aparıb.

Nizami polisinin həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş Teymur Teymurov tutulub.

1news.az

 

Paylaş:
638

Son xəbərlər

Bütün xəbərlər