Cinayət-Prosessual Məcəllədə dəyişiklik edilib | 1news.az | Xəbərlər
Rəsmi

Cinayət-Prosessual Məcəllədə dəyişiklik edilib

20:32 - 26 / 02 / 2016
Cinayət-Prosessual Məcəllədə dəyişiklik edilib

Milli Məclis Cinayət-Prosessual Məcəllədə dəyişiklik edib.

1news.az dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, Milli Məclis Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci və 6-cı bəndlərini rəhbər tutaraq qərara alır:

“Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, №8, (II kitab), maddə 585; 2001, №7, maddə 455; 2002, №1, maddə 9, №5, maddə 233, №8, maddə 463; 2003, №6, maddə 276; 2004, №5, maddə 321, №7, maddə 505, №8, maddə 598, №10, maddə 761, №11, maddə 890; 2005, №1, maddə 4, №4, maddə 278, №6, maddə 462, №8, maddə 686, №10, maddə 874, №12, maddə 1079; 2006, №1, maddə 3, №2, maddə 64, №5, maddə 390, №10, maddə 847, №11, maddə 929, №12, maddə 1032; 2007, №2, maddələr 65, 68, №6, maddə 560, №7, maddə 712, №8, maddə 756, №11, maddə 1049, №12, maddə 1221; 2008, №6, maddə 462, №7, maddələr 606, 607, №12, maddələr 1045, 1049; 2009, №5, maddə 315, №7, maddə 517, №12, maddə 966; 2010, №3, maddələr 171, 173, 178, №7, maddə 593, №12, maddə 1058; 2011, №6, maddə 480, №7, maddələr 589, 599; 2012, №7, maddə 674, №11, maddə 1062, №12, maddə 1215; 2013, №2, maddə 77, №6, maddələr 616, 626, №7, maddə 786, №11, maddə 1265, № 12, maddə 1493; 2014, № 2, maddələr 90, 102, № 4, maddələr 328, 344, № 6, maddə 600, № 11, maddələr 1354, 1362; 2015, № 4, maddə 342, № 5, maddə 511, № 11, maddələr 1270, 1288) aşağıdakı dəyişikliklər edilsin:

1. 7.0.34-cü maddədən “mülkiyyətində olan və ya icarəyə götürülmüş” sözləri çıxarılsın və həmin maddədə “yataqxanada” sözü “sanatoriyada, pansionatda, yataqxanada, istirahət evində, kempinqdə, turist bazasında” sözləri ilə əvəz edilsin.

2. 243.3.2-ci maddədə “həbsdən və ya azadlıqdan məhrum etmə yerlərindən” sözləri “azadlıqdan məhrum etmə və ya həbs yerlərindən, yaxud mühafizə altından” sözləri ilə əvəz edilsin.

3. 445.1.5-ci maddədə “mənzilin” sözü “yaşayış yerinin” sözləri ilə əvəz edilsin".

Bundan əlavə, Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 1 fevral tarixli 122-VQD nömrəli Qanununun tətbiqi barədə sərəncam imzalayıb.

Sərəncamda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 1 fevral tarixli 122-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin”.

President.az

Paylaş:
1215

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər