“Azərbaycan Dəmir Yolları” QSC-nin yaradılması haqqında” sərəncamda dəyişiklik edilib | 1news.az | Xəbərlər
Rəsmi

“Azərbaycan Dəmir Yolları” QSC-nin yaradılması haqqında” sərəncamda dəyişiklik edilib

21:32 - 26 / 02 / 2016
“Azərbaycan Dəmir Yolları” QSC-nin yaradılması haqqında” sərəncamda dəyişiklik edilib

Prezident İlham Əliyev “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 20 iyul tarixli 383 nömrəli sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, sərəncamda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 15 may tarixli 1283-IVQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alıram:

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 20 iyul tarixli 383 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 7, maddə 563; 2015, № 9, maddə 1009) 2.1.4-cü yarımbəndində “ və aidiyyəti” sözləri “, eləcə də müstəqil auditorun rəyi ilə aidiyyəti” sözləri ilə əvəz edilsin”.

President.az

Paylaş:
829

Son xəbərlər

Bütün xəbərlər