Azərbaycanla Monteneqro arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı saziş təsdiq edilib
Milli Məclis “Azərbaycan Respublikası Hökuməti ilə Monteneqro Hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında” Sazişi təsdiq edib.
1news.az dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, Milli Məclis Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:
“Azərbaycan Respublikası Hökuməti ilə Monteneqro Hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında” 2015-ci il oktyabrın 27-də Bakı şəhərində imzalanmış Saziş təsdiq edilsin”.
President.az
847