Prezident Milli Məclis tərəfindən qəbul edilən yüksək cərimənin tətbiqinə veto qoydu | 1news.az | Xəbərlər
Rəsmi

Prezident Milli Məclis tərəfindən qəbul edilən yüksək cərimənin tətbiqinə veto qoydu

12:27 - 26 / 02 / 2016
Prezident Milli Məclis tərəfindən qəbul edilən yüksək cərimənin tətbiqinə veto qoydu

Prezidenti İlham Əliyev Milli Məclisin yanvarın 19-da keçirdiyi növbədənkənar plenar iclasda İnzibati Xətalar Məcəlləsinə qəbu etdiyi yüksək cərimənin tətbiqinə veto qoyub.

1news.az-ın “Report”a istinadən verdiyi xəbərə görə, bu, ödəniş kartı ilə aparılan valyuta əməliyyatları üzrə icbari yığımın ödənilməməsinə görə fiziki və hüquqi şəxslərin ödənilməmiş məbləğin yüz faizi miqdarında cərimə edilməsdi ilə bağlı İnzibati Xətalar Məcəlləsinin 225.5-ci maddəsinə edilən əlavənin ləğv olunmasını nəzərdə tutur.

Beləliklə, Azərbaycan Prezidenti Milli Məclisin növbədənkənar iclasında qəbul etdiyi ikinci məsələyə veto qoymuş oldu.

1news.az

Paylaş:
705

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər