İlham Əliyev FİFA-nın yeni prezidentini təbrik edib | 1news.az | Xəbərlər
Rəsmi

İlham Əliyev FİFA-nın yeni prezidentini təbrik edib

15:00 - 27 / 02 / 2016
İlham Əliyev FİFA-nın yeni prezidentini təbrik edib

Prezident İlham Əliyev Beynəlxalq Futbol Assosiasiyaları Federasiyasının (FİFA) prezidenti Canni İnfantinoya təbrik məktubu ünvanlayıb.

Təbrik mətnində deyilir:

"Hörmətli cənab İnfantino,

Beynəlxalq Futbol Assosiasiyaları Federasiyasının prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Bu məsul və şərəfli vəzifəyə seçilməyiniz futbolun inkişafı sahəsində xidmətlərinizə verilən yüksək qiymət, beynəlxalq idman ictimaiyyətinin Sizə olan böyük etimadıdır. İnanıram ki, Azərbaycan ilə FİFA arasındakı əməkdaşlıq bundan sonra da müvəffəqiyyətlə davam edəcəkdir.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar diləyirəm".

President.az

Paylaş:
698

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər