Prezident İlham Əliyev Gürcüstanın baş nazirinin müavinini qəbul edib
Fevralın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gürcüstanın baş nazirinin müavini və energetika naziri Kaxa Kaladzeni qəbul edib.
1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, görüşdə Azərbaycan ilə Gürcüstan arasında enerji layihələrinin yüksək səviyyədə həyata keçirildiyi, “Cənub Qaz Dəhlizi”nin uğurla reallaşdırıldığı bildirilib.
Ölkələrimiz arasında enerji sahəsi ilə yanaşı, digər sahələri də əhatə edən birgə layihələrin uğurla icrasından məmnunluq ifadə olunub. İki ölkənin gələcəkdə də strateji tərəfdaş kimi əməkdaşlıq edəcəyi vurğulanıbı.
President.az
700