Kütlə vitrinləri necə darmadağın etdi, yaxud Azərbaycanda ilk kasıblar mağazası haqqında
“Qara günlərdə işıqlı insanlar daha aydın görünür”,- Remark yazırdı.
Bu sözlərin hər gün müxtəlif situasiyalarda – minlərlə insanın yardım etmək məqsədi ilə ianə verdiyi zaman şahidi oluruq.
Krizislə bağlı narahatlıq Şüvəlan sakinlərini indiyə qədər müşahidə olunmayan fəaliyyətə - kasıblar mağazası açmağa sövq etdi. Bu fikri ilk dəfə kənd ağsaqqallarından biri tədbirdə, çox insanın yığıldığı zaman səsləndirdi. Bu təklifi eşidən gənclər də ruhlanaraq ətrafa xəbər yaydı və hər kəs evindən müxtəlif geyim əşyaları gətirildi ki, ehtiyacı olanlarla paylansın.
“Bir tanışımın istifadəsiz qalan mağazası var idi. Öz gücümüzə orani sadə təmir etdik və evdən kimin nəyi var idisə bura gətirdi. Mağazamız beləliklə açılışa hazır oldu”,- deyə, təşkilatçılardan biri-Fuad Məmmədov qeyd edib.
Onun sözlərinə görə bu işə ən azı 20 nəfər qoşuldu.
“Paltar yığdığımız haqqında məsciddə namazdan sonra gələnlərə məlumat verildi. Ona görə əşyalar olduqca idi”- F.Məmmədov deyib.
Açılış günü hər şey yaxşı keçdi. Həmin gün mağazaya əsasən kənd sakinləri gəlir, onlara lazım olan bir əşya olarsa götürür və sakitcə gedirdilər.
Lakin növbəti gün bu mağaza ilə əlaqəsi olan hər kəs problemlə üzləşdi. Belə ki pulsuz geyim almaq mümkün olduğunu eşitdiyinə görə bura ölkənin hər yerindən insanlar axışdı.
“İş ondadır ki, mağazamız haqqında süjet televiziyada göstərildikdən sonra ağlasığmaz hadisələr baş verdi! Səhər saatlarından mağazaya kütləvi şəkildə insanlar gəlməyə başladı. Onlar qarşısına çıxan hər şeyi dağıdır, nə olduğuna baxmadan hər şeyi götürürdülər. Həmin gün piştaxtalar bir saat ərzində boşaldı. Bundan əlavə qarışıqlıq əsnasında mağazanın vitrinləri də sındırıldı!”- F.Məmmədov bildirib.
Mağazada hər şey daşınıb bitəndən sonra bu tədbiri təşkil edənlərin ünvanına ittihamlar və təhqirlər səsləndirildi.
“Biz sadəcə belə əhatədə olacağını gözləmirdik. Elə bilirdik ki, sadəcə kənd sakinləri üçün mağaza açacağıq, daha bütün Azərbaycan üçün deyil”, - gülərək F.Məmmədov əlavə edir.
Buna baxmayaraq təşkilatçılar ruhdan düşmür.
“Biz buna bənzər hal olacağını təxmin edirdik. Lakin geri cəkilmək niyyətində deyilik. İnsanların buna alışması üçün zaman tələb olunur. Növbəti gün mağaza yenə açıldı. Biz yenidən əşyalar topladıq və hər şey paylandı”,- F.Məmmədov deyib.
Onun sözlərinə görə, cəmiyyəti belə aksiyalar üçün stimullaşdırmaq lazımdır.
“Mən istərdim ki, kasıblara yardım edəcək belə mağazalar ölkənin bütün qəsəbə və şəhərlərində açılsın. İnsanların bir- birinə yardım etməsi çox xeyirxah işdir. Bilirəm ki, başqa insanlar da bizim nümunəni davam etdirəcək”,- Fuad əminliklə deyib.
Təəssüf ki, şahidlərin sözlərinə görə polisə təşkilatçılarla bağlı şikayət edənlər də var idi.
Müxbirimizlə söhbəti zamanı kənd sakini olan qadın bildirib ki, artıq üçüncü dəfə bir qucaq geyimi aparmaq istəyən qadın polisə ərizə ilə şikayət edib, “görünür ona belə etmək doğru olmadığı izah edilərkən bundan inciyib”.
Lakin mağaza sahibləri bu məsələ ilə bağlı heç bir şərh vermədilər.
“Gəlin, müsbət hallara diqqəti yönəldək. Hər bir işdə problemlərlə qarşılaşmaq olur”- onlar qeyd edib.
Beləliklə, Azərbaycanda ilk kasıblar mağazası növbəti ziyarətçilər üçün hazırlanır. Onun divarlarında böyük şüar yazılan tablo asılacaq: “ Ehtiyacın varsa, götür! Ehtiyacın yoxdursa, as!”
Bu o deməkdir ki, ehtiyacı olanlara hər kəs kömək edə bilər, bu gün ona tələb çoxdur”.
Ona görə də sizin paylaşmaq istədiyiniz nə isə varsa yazımızın qəhrəmanı ilə əlaqə saxlaya bilərsiniz: (055) 270-00-56 Fuad Məmmədov
Sizin ehtiyacınız olmayan geyim və aksesuarları alıb sevinclə imkansız insanlara verəcəklər.
Xeyirxahlıq et, qarşılığını gözəl şəkildə alacaqsan!
1news.az