Cəlilabad sakinləri 6 kiloqrama yaxın narkotik maddəni satarkən tutuldular | 1news.az | Xəbərlər
Cəmiyyət

Cəlilabad sakinləri 6 kiloqrama yaxın narkotik maddəni satarkən tutuldular

17:10 - 29 / 02 / 2016
Cəlilabad sakinləri 6 kiloqrama yaxın narkotik maddəni satarkən tutuldular

Polis Cəlilabad sakinlərindən külli miqdarda narkotik maddə götürüb.

1news.az-ın verdiyi xəbərə görə, bu barədə Daxili İşlər Nazirliyindən məlumat veriblər.

Məlumata görə, nazirliyin Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cəlilabad rayonunda rayon sakinləri Şöylət Ağayev və Şahin Əliyev 5 kiloqram 865 qram tiryəki satarkən tutulublar.

Ş.Ağayevin üzərinə baxış zamanı 10,215 qram heroin aşkar edilərək götürülüb.

1news.az

Paylaş:
673

Son xəbərlər

Bütün xəbərlər