Nazirlik Novruz bayramı ilə əlaqədar əhaliyə müraciət edib – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Nazirlik Novruz bayramı ilə əlaqədar əhaliyə müraciət edib – VİDEO

17:27 - 29 / 02 / 2016
Nazirlik Novruz bayramı ilə əlaqədar əhaliyə müraciət edib – VİDEO

Fövqəladə Hallar Nazirliyi Novruz bayramı ilə əlaqədar əhaliyə müraciət ünvanlayıb.

1news.az-ın məlumatına görə, nazirlik müraciətində Novruz bayramı ilə əlaqədar keçirilən müxtəlif mərasimlərdə yanğın təhlükəsi ilə üzləşməmək üçün aşağıdakı təhlükəsizlik qaydalarını bilməyin vacibliyini qeyd edib: 

- bayram tonqalının ətrafına yığışan azyaşlılar mütləq böyüklərin nəzarətində olmalıdır;
- tonqal elektrik naqili, ağac, avtomobil, ev və digər yanar materiallardan kənarda yandırılmalıdır;
- tonqal tam sönənədək nəzarətdə saxlanılmalıdır;
- tonqal üzərindən atılarkən ehtiyatsızlıq geyimin alışmasına, bədənin xəsarət almasına səbəb ola bilər;
- yandırılan şamlar nəzarətsiz qalmamalıdır.

Unutmayın: Qaydalara biganəlik - həyatımıza təhlükədir!

Təhlükə zamanı 112-yə zəng edin!

1news.az

Paylaş:
864

Son xəbərlər

Bütün xəbərlər