Polis insan alveri ilə məşğul olan şəxsi saxlayıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Polis insan alveri ilə məşğul olan şəxsi saxlayıb

17:28 - 29 / 02 / 2016
Polis insan alveri ilə məşğul olan şəxsi saxlayıb

Qadınları cinsi istismar məqsədilə Türkiyəyə aparan Astara sakini saxlanılıb.

1news.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat veriblər.

Məlumata görə, nazirliyin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Astara şəhər sakini Fəxrəddin Xurşidovun gəlir əldə etmək məqsədi ilə qadınları Türkiyəyə aparıb cinsi istismara məruz qoyması faktı müəyyən edilib.

Faktla əlaqədar cinayət işi başlanıb.

1news.az

Paylaş:
686

Son xəbərlər

Bütün xəbərlər