Federika Mogerini: "Dağlıq Qarabağ münaqışəsinin sülh yolu ilə həlli Avropa İttifaqı üçün əsas prioritetdir" | 1news.az | Xəbərlər
Siyasət

Federika Mogerini: "Dağlıq Qarabağ münaqışəsinin sülh yolu ilə həlli Avropa İttifaqı üçün əsas prioritetdir"

20:55 - 29 / 02 / 2016
Federika Mogerini: "Dağlıq Qarabağ münaqışəsinin sülh yolu ilə həlli Avropa İttifaqı üçün əsas prioritetdir"

Avropa İttifaqı hesab edir ki, Dağlıq- Qarabağ münaqışəsində status-kvo qəbulolunmazdır, münaqışənin sülh yolu ilə həlli Aİ üçün başlıca prioritetdir.

1news.az xəbər verir ki, bu sözləri Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

 O, “status-kvo”nun qəbuledilməz olduğunu deyib: “Biz Dağlıq Qarabağın müstəqilliyini tanımırıq. Bu münaqişənin həlli bizim üçün prioritet olaraq qalır. Biz həmsədrlərə dəstək olmağa hazırıq. Aİ sülh danışıqlarının aparılmasına tərəfdardır və münaqişənin hərbi yolla həllini görmürük. Çalışmalıyıq ki, hər iki tərəfi sülh prosesinə mane olan çıxışlardan, hərəkətlərdən çəkindirək. Aİ sülhə yönəlmiş fəaliyyətlərə dəstək verəcək. Bu sahədə xüsusi elçimiz olan Helbert Salberlə işə təkan verəcəyik. Münaqişə tərəflərinin yaxınlaşması üçün əlimizdən gələni edəcəyik”

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov öz növbəsində bildirib:"İnanmırıq ki, bu münaqişə “dondurulmuş” münaqişədir. Avropa İttifaqı da Minsk qrupu ilə birlikdə təkan verməlidir ki, münaqişəni yerindən tərpədək”.

 Nazir görüşdə saziş layihəsi ilə bağlı işin başlanğıcı üçün atılacaq addımlar barədə danışılıb: “Tərəflər arasında energetika sahəsində əməkdaşlıq genişləndirilir. 2019-cu ildə Azərbaycandan təbii qaz Avropa bazarına çıxarılacaq. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın və beynəlxalq təşkilatların qətnamələri barədə məlumat vermişik. Azərbaycan istəyir ki, bu münaqişə tezliklə həll olunsun".

1news.az

 

 

Paylaş:
608

Son xəbərlər

DİN: Ötən gün 7,2 kiloqramdan artıq narkotik vasitə aşkarlanıbBu gün, 12:12Azərbaycanda sektorlar üzrə strateji planların hazırlanmasının yeni Qaydası təsdiqlənibBu gün, 11:53Azərbaycanlı deputatlar Rusiyada beynəlxalq konfransa qatılacaqlarBu gün, 11:4431 min nəfərdən çox şəxsə proaktiv qaydada pensiya təyin edilibBu gün, 11:20Bu il icbari tibbi sığorta hesabına icra olunan diskektomiya əməliyyatının sayı açıqlanıbBu gün, 11:06AFFA nümayəndəsi “Mançester Siti”nin oyununa təyinat aldıBu gün, 10:32Azərbaycan və Braziliya arasında turizm əlaqələri müzakirə olunub - FOTOBu gün, 10:12Bu gündən bəzi məktəblərdə dərslər başlayıbBu gün, 09:41AMB günün valyuta məzənnəsini açıqladıBu gün, 09:20Paytaxt yollarında vəziyyət necədir? - NİİM açıqladıBu gün, 09:17Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib22 / 11 / 2024, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparır22 / 11 / 2024, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTO22 / 11 / 2024, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırış22 / 11 / 2024, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edib22 / 11 / 2024, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJ22 / 11 / 2024, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaq22 / 11 / 2024, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb22 / 11 / 2024, 16:52İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıb22 / 11 / 2024, 16:39Azərbaycan və Almaniya XİN başçıları görüşüb22 / 11 / 2024, 16:24
Bütün xəbərlər