ABŞ-ın Corciya ştatının qubernatoru Xocalı qətliamını növbəti dəfə pisləyib | 1news.az | Xəbərlər
Siyasət

ABŞ-ın Corciya ştatının qubernatoru Xocalı qətliamını növbəti dəfə pisləyib

10:57 - 29 / 02 / 2016
ABŞ-ın Corciya ştatının qubernatoru Xocalı qətliamını növbəti dəfə pisləyib

ABŞ-ın Corciya ştatının qubernatoru Netan Dil (Nathan Deal) bəyanat imzalayaraq, Xocalı qətliamını növbəti dəfə kəskin şəkildə pisləyib.

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan 1news.az-a verilən məlumata görə, bu, Corciya qubernatorunun Xocalı faciəsi ilə bağlı artıq ikinci bəyanatıdır. Birinci bəyanat 2015-ci ildə imzalanıb.

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğuna daxil olmuş bəyanatda, qubernator N.Dil Xocalı qətliamının 24-cü ildönümü ilə əlaqədar bu qətliamın qurbanlarını yad edən geniş ictimaiyyətə qoşulduğunu elan edir və bununla bağlı öz dərin kədərini ifadə edir.     

Bəyanatda vurğulanır ki, Azərbaycan xalqı 1992-ci ildə 600 nəfərdən çox mülki əhalinin ölümü ilə nəticələnmiş amansız bir qətliama məruz qalıb. Həmçinin, qeyd olunur ki, belə dəhşətli zorakılıqların bir daha təkrarlanmaması üçün bu kimi hadisələrin unudulmaması, eləcə də, qətliam qurbanlarının ehtiramla yad olunması önəm daşıyır.

Eyni zamanda, qubernator Corciya ştatı sakinlərinin və digər ictiamiyyət nümayəndələrinin Xocalı dəhşətləri barədə daha ətraflı məlumatlandırılması üçün səylərin davam etdiriləcəyindən ümidvar olduğunu vurğulayır.    

Qubernator N.Dil sənədin sonunda bildirir: “Qoy tarix səhifələrinə bir daha belə faciələr qara ləkə kimi düşməsin!”.

1news.az

Paylaş:
608

Son xəbərlər

DİN: Ötən gün 7,2 kiloqramdan artıq narkotik vasitə aşkarlanıbBu gün, 12:12Azərbaycanda sektorlar üzrə strateji planların hazırlanmasının yeni Qaydası təsdiqlənibBu gün, 11:53Azərbaycanlı deputatlar Rusiyada beynəlxalq konfransa qatılacaqlarBu gün, 11:4431 min nəfərdən çox şəxsə proaktiv qaydada pensiya təyin edilibBu gün, 11:20Bu il icbari tibbi sığorta hesabına icra olunan diskektomiya əməliyyatının sayı açıqlanıbBu gün, 11:06AFFA nümayəndəsi “Mançester Siti”nin oyununa təyinat aldıBu gün, 10:32Azərbaycan və Braziliya arasında turizm əlaqələri müzakirə olunub - FOTOBu gün, 10:12Bu gündən bəzi məktəblərdə dərslər başlayıbBu gün, 09:41AMB günün valyuta məzənnəsini açıqladıBu gün, 09:20Paytaxt yollarında vəziyyət necədir? - NİİM açıqladıBu gün, 09:17Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib22 / 11 / 2024, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparır22 / 11 / 2024, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTO22 / 11 / 2024, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırış22 / 11 / 2024, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edib22 / 11 / 2024, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJ22 / 11 / 2024, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaq22 / 11 / 2024, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb22 / 11 / 2024, 16:52İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıb22 / 11 / 2024, 16:39Azərbaycan və Almaniya XİN başçıları görüşüb22 / 11 / 2024, 16:24
Bütün xəbərlər