AŞPA-nın sədri Azərbaycana səfərə gəlib
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sədri Pedro Aqramuntun rəhbərlik etdiyi nümayəndə heyəti fevralın 29-da Azərbaycana səfərə gəlib.
1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, Heydər Əliyev Beynəlxalq Aeroportunda AŞPA-nın sədrini Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavini Valeh Ələsgərov qarşılayıb.
Pedro Aqramunt aeroportda jurnalistlərə müsahibəsində AŞPA ilə Azərbaycan arasında əlaqələrin yüksək səviyyədə olduğunu, səfəri çərçivəsində bir sıra dövlət və hökumət nümayəndələri ilə görüşlər keçirəcəyini bildirib.
Qeyd edək ki, 65 yaşlı Pedro Aqramunt yanvarda AŞPA-nın qış sessiyası zamanı sədr seçilmişdi. Bundan əlavə o, AŞPA-nın Azərbaycan üzrə Monitorinq komitəsinin həmməruzəçisi mövqeyindən çıxış edirdi.
1news.az