Vergilər Nazirliyi buğda ununun və çörəyin ƏDV-dən azad edilməsi ilə bağlı məlumat yayıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Vergilər Nazirliyi buğda ununun və çörəyin ƏDV-dən azad edilməsi ilə bağlı məlumat yayıb

11:36 - 29 / 02 / 2016
Vergilər Nazirliyi buğda ununun və çörəyin ƏDV-dən azad edilməsi ilə bağlı məlumat yayıb

Məlum olduğu kimi, 19 yanvar 2016-cı il tarixli Qanunla Vergi Məcəlləsinə yeni 164.1.27-ci maddə əlavə edilərək buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı 2016-cı il yanvarın 1-dən 1 il müddətinə ƏDV-dən azad edilib.

1news.az-ın məlumatına görə, həmin Qanun 19 fevral 2016-cı il tarixdə “Azərbaycan” qəzetində dərc olunub.

Bununla əlaqədar Vergilər Nazirliyi aşağıdakıları bildirir:

- 1 yanvar 2016-cı il tarixən başlayaraq buğdanın idxalına və satışına, buğda ununun və çörəyin istehsalına və satışına ƏDV-nin tətbiqi dayandırılır.

- 1 yanvar 2016-cı il tarixədək alınmış buğdaya, buğda ununa və çörəyə görə ödənilmiş və büdcəyə ödəmələr müəyyən edilərkən əvəzləşdirilmiş ƏDV məbləğləri yenidən hesablanmalı, dövlət büdcəsinə bərpa edilməli və həmin ƏDV məbləğləri bu malların dəyərinə aid edilməlidir.

- 2016-cı ilin yanvar ayının 1-dən fevral ayının 19-dək ƏDV ödənilməklə alınmış mallara görə bağlanmış müqavilələrdə dəyişiklik edilməklə buğdanın, buğda ununun və çörəyin  satışının ƏDV-dən azad olunması göstərilməli, onların qiymətlərinə müvafiq dəyişikliklər edilməli, əvəzləşdirilmiş və hesablanmış ƏDV məbləğləri vergi tutulan dövriyyənin dəqiqləşdirilməsi yolu ilə yenidən hesablanmalıdır. Dəqiqləşdirmələr qiymətləndirmə bazasında dəyişiklik baş verdiyi hesabat dövründə, yəni 2016-cı ilin fevral ayının ƏDV bəyannaməsində aparılmalıdır.

Qeyd edilənlərlə yanaşı Nazirlikdən bildiriblər ki, Vergi Məcəlləsinin 159.8-ci maddəsinin müddəalarına əsasən ƏDV-dən azad edilən, lakin ƏDV tətbiq etməklə aparılan əməliyyatlar ƏDV-nin vergitutma obyekti sayıldığı üçün 1 yanvar 2016-cı il tarixdən ƏDV tətbiq edilməklə buğdanın, buğda ununun və çörəyin satışı həyata keçirildiyi halda bu əməliyyatlar ƏDV-nin vergitutma obyekti sayılır.

1news.az

Paylaş:
789

Son xəbərlər

Yol polisi yağmurlu hava ilə bağlı sürücülərə müraciət edibBu gün, 10:30“Christian Dior Couture Azərbaycan” MMC ləğv olunduğunu elan edibBu gün, 10:29Quba rayonunda qanunsuz tikili sökülübBu gün, 10:29Mikayıl Cabbarov: ““Yaşıl artım portalı” yaşıl keçid strategiyalarını təkmilləşdirməyə kömək edəcək”Bu gün, 10:20Visionnaire – İtaliyadan gələn zəriflik və dəbdəbə - FOTOBu gün, 10:11COP29 konfransı ilə əlaqədar tibbi xidmət göstərilən şəxslərin sayı açıqlanıbBu gün, 10:04Ötən həftə meşə fondu torpaqlarında 136 mindən artıq ağac əkilibBu gün, 09:55Adil Kərimli Sivilizasiyalar Alyansı Nazir Dostlar Qrupunun Yüksək Səviyyəli Görüşündə çıxış edibBu gün, 09:51Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVABu gün, 09:47Əmtəə bazarlarında qızıl və gümüş daha da bahalaşıbBu gün, 09:35AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:24Yaxın Şərqdə sülhə doğru: İsrail ABŞ-nin planını təsdiqlədiBu gün, 09:18Vətəndaşlara məxsus fərdi məlumatları qanunsuz əldə edən kiberdələduzların məhkəməsi keçirildiBu gün, 09:14Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilibBu gün, 09:05Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 08:51COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlər26 / 11 / 2024, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblər26 / 11 / 2024, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcək26 / 11 / 2024, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHI26 / 11 / 2024, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA26 / 11 / 2024, 17:23
Bütün xəbərlər