Kirpdə yol qəzası zamanı azərbaycanlı tələbə həlak olub | 1news.az | Xəbərlər
Cəmiyyət

Kirpdə yol qəzası zamanı azərbaycanlı tələbə həlak olub

12:37 - 29 / 02 / 2016
Kirpdə yol qəzası zamanı azərbaycanlı tələbə həlak olub

Kirpdə 2 nəfərin həlak olması, 2 nəfər isə yaralanması ilə yol qəzası baş verib.

1news.az-ın kibrispostasi.com-a istinadla verdiyi xəbərə görə, Nicat Hacızadə özünə məxsusZLP 335 markalı avtomobillə Dr.Fazıl Küçük bulvarı ilə hərəkət edən zaman idarə erməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq “Genç TV”-nin qarşısındakı səkiyə çırpılıb.

Sərnişinlərin dördünün də tələbə olduğu bildirilir. Avtomobilin sürücüsü olan azərbaycanlı tələbə Nicat Hacızadə və digər sərnişin Yunus Arabol xəstəxanaya çatdırısalar da, onların həyatlarını xilas etmək mümkün olmayıb.

Xəstəxanadan verilən məlumata görə, avtomobilin digər sərnişinləri Mehdi Laamyemin vəziyyəti ağır kimi qiymətləndirilsə də, Anar Süleymanlının vəziyyəti normaldır.

1news.az

Paylaş:
524

Son xəbərlər

Bütün xəbərlər