Kaladze: "Şahdəniz" yatağından əlavə həcmdə təbii qaz almaq mümkün olacaq" | 1news.az | Xəbərlər
İqtisadiyyat

Kaladze: "Şahdəniz" yatağından əlavə həcmdə təbii qaz almaq mümkün olacaq"

13:11 - 01 / 03 / 2016
Kaladze: "Şahdəniz" yatağından əlavə həcmdə təbii qaz almaq mümkün olacaq"

Gürcüstanın Azərbyacandan əlavə həcmdə təbii qazın alınması barədə faktiki olaraq razılıq əldə edilib. 1news.az-ın "Qruziya Online" saytına istinadən verdiyi xəbərə görə, bunu Gürcüstanın energetika naziri Kaxa Kaladze Bakıya səfərindən sonra bildirib.

Nazir qeyd edib ki, "Şahdəniz" yatağının işlənməsi layihəsi çərçivəsində əlavə həcmdə qaz almaq mümkündür: "Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə iki ölkə arasında mövcud dostluq münasibətləri barədə danışdıq. Eyni zamanda, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayevlə görüşdüm. Görüşdə gələcək əməkdaşlıq, Gürcüstanın daxili tələbatı üçün vacib olan əlavə həcmdə təbii qaz alınması müzakirə olunub. Faktiki olaraq razılığa gəlmişik. "Şahdəniz" yatağından Cənubi Qafqaz borun kəməri ilə əlavə həcmdə təbii qaz almaq mümkün olacaq".

Qeyd edək ki, SOCAR prezidenti R.Abdullayev ötən gün jurnalistlərə bildirib ki, əvvəl Gürcüstana satılan qazın 60%-i qışda, 40%-i isə yayda ötürülüb, indi isə 70% qışda, 30% yayda nəql olunacaq.

R.Abdullayev "Şahdəniz" konsorsiumu ilə razılığa gəlindiyini və əlavə 500 mln. kubmetr həcmində təbii qazın Gürcüstana bu yolla ötürüləcəyini deyib: "Şahdəniz"də bizim 500-700 mln. kubmetrə qədər əlavə qaz istifadə etmək, yaxud onu Türkiyə və Gürcüstan bazarında satmaq imkanımız var. Məhz ona görə də boru xəttində əlavə yer ayırdıq ki, 500 mln. kubmetrə qədər əlavə qazı Gürcüstana sataq. Əvvəl yalnız 800 mln. kubmetrə qədər "Şahdəniz" qazı satırdıq. Amma indi imkan yaranıb ki, bunu 1,5 mlrd. kubmetrə çatdıraq".

1news.az

Paylaş:
615

Son xəbərlər

FHN: Ötən sutka 3 nəfər xilas edilibBu gün, 11:28Bağçalara müdir vəzifəsinə işə qəbul üzrə müsabiqənin elektron sənəd qəbulu başlayıbBu gün, 11:14Kamaləddin Qafarov: “COP29-un nəticələri bütün bəşəriyyətə xidmət edəcək”Bu gün, 11:05Həm piyada keçidindən, həm də qırmızı işıqdan keçən motosiklet qəzaya səbəb olub - VİDEOBu gün, 10:56Azərbaycan neftinin qiyməti 75 dolları ötübBu gün, 10:55Şəhid ailələrinə güzəştlərdə dəyişiklik edildiBu gün, 10:44Yol polisi yağmurlu hava ilə bağlı sürücülərə müraciət edibBu gün, 10:30Quba rayonunda qanunsuz tikili sökülübBu gün, 10:29“Christian Dior Couture Azərbaycan” MMC ləğv olunduğunu elan edibBu gün, 10:29Mikayıl Cabbarov: ““Yaşıl artım portalı” yaşıl keçid strategiyalarını təkmilləşdirməyə kömək edəcək”Bu gün, 10:20Visionnaire – İtaliyadan gələn zəriflik və dəbdəbə - FOTOBu gün, 10:11COP29 konfransı ilə əlaqədar tibbi xidmət göstərilən şəxslərin sayı açıqlanıbBu gün, 10:04Ötən həftə meşə fondu torpaqlarında 136 mindən artıq ağac əkilibBu gün, 09:55Adil Kərimli Sivilizasiyalar Alyansı Nazir Dostlar Qrupunun Yüksək Səviyyəli Görüşündə çıxış edibBu gün, 09:51Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVABu gün, 09:47Əmtəə bazarlarında qızıl və gümüş daha da bahalaşıbBu gün, 09:35AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:24Yaxın Şərqdə sülhə doğru: İsrail ABŞ-nin planını təsdiqlədiBu gün, 09:18Vətəndaşlara məxsus fərdi məlumatları qanunsuz əldə edən kiberdələduzların məhkəməsi keçirildiBu gün, 09:14Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilibBu gün, 09:05
Bütün xəbərlər