Tovuz sakini yolu keçən həmyerlisini öldürüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Tovuz sakini yolu keçən həmyerlisini öldürüb

15:27 - 01 / 03 / 2016
Tovuz sakini yolu keçən həmyerlisini öldürüb

Tovuz rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

1news.az-ın Daxili İşlər Nazirliyinə istinadən verdiyi xəbərə görə, hadisə dünən saat 07:00 radələrində qeydə alınıb.

Belə ki, Tovuz şəhərində rayon sakini Elşad Novruzov idarə etdiyi “VAZ-2104” markalı avtomobillə yolu keçən həmyerlisi Zöhrə Bayramovanı vurub.  Z.Bayramova hadisə yerində ölüb.

Faktla bağlı Tovuz Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

1news.az

Paylaş:
474

Son xəbərlər

Bütün xəbərlər