Bank of Baku-nun 145 Məlumat Mərkəzi 9 Yaşında: hər 145-ci zəng sahibinə HƏDİYYƏ! | 1news.az | Xəbərlər
İqtisadiyyat

Bank of Baku-nun 145 Məlumat Mərkəzi 9 Yaşında: hər 145-ci zəng sahibinə HƏDİYYƏ!

15:50 - 01 / 03 / 2016
Bank of Baku-nun 145 Məlumat Mərkəzi 9 Yaşında: hər 145-ci zəng sahibinə HƏDİYYƏ!

Azərbaycanın bank sektorunda müştərilərə ilk dəfə olaraq avtomatlaşdırılmış menyu əsasında xidmət göstərən Bank of Baku-nun 145 Məlumat Mərkəzi bu gün fəaliyyətinin 9 illiyini qeyd edir.

01 mart 2007-ci il tarixində sektoruna gətirdiyi yeni xidmət – İVR sistemli Məlumat Mərkəzi vasitəsilə, Bank of Baku müştərilərinə xidmət və məhsullarından daha rahat istifadə etmək imkanı yaratdı ki, bu gün gündəlik olaraq 4000 nəfərə yaxın müştəri bu imkandan faydalana bilir.

Hər bir müştəri zənginə xüsusi əhəmiyyət verən Bank of Baku, 145 Məlumat Mərkəzinin 9 illiyi münasibətilə mərkəzə zəng edəcək bütün müştərilərə göstərdiyi yüksək keyfiyyətli xidmətlə yanaşı, bu günə özəl olaraq HƏDİYYƏ də təqdim edəcək. Belə ki, həftəiçi hər gün saat 09:00-dan 20:00-dək, şənbə və bazar günləri isə saat 09:00-dan 18:00-dək fasiləsiz olaraq müştərilərə xidmət göstərən 145 Məlumat Mərkəzi ilə bu gün ərzində əlaqə saxlayacaq hər 145-ci zəng sahibi Bank of Baku-dan PULSUZ Bolkart Debet + 50 AZN hədiyyə qazanacaq.

145 Məlumat Mərkəzi müştərilərin zəng,  korporativ saytların (http://www.bankofbaku.com/http://www.bolkart.az/) onlayn məsləhətçi xidməti və bankın sosial şəbəkələrdəki səhifələri vasitəsilə müraciətlərini cavablandırır, şikayət və təkliflərini qeydə alaraq operativ şəkildə həll olunmasına dəstək olurlar. Məlumat Mərkəzi ilə əlaqə saxlamaqla müştərilər aşağıdakı xidmətlərdən faydalana bilərlər:

  • 24 saat ərzində operatora qoşulmadan borc haqqında məlumat almaq və ödəniş etmək
  • 24/7 rejimində plastik kartlar üzrə əməliyyatlar, kartın balansı haqqında məlumat əldə etmək, itirildiyi və ya oğurlandığı halda kartın bloklaşdırılması və ya blokdan çıxarılması
  • Kredit və ya zəng sifarişi yerləşdirmək
  • Operatora bağlanmadan səsli mesaj vasitəsilə 3 dəqiqə ərzində irad və təklifləri bildirmək
  • Xidmət, məhsul və kampaniyalar haqqında məlumatın alınması

Orta hesabla bir ay ərzində 120.000 nəfər, gündəlik olaraq 4000 nəfərə yaxın müştəri bu və digər xidmətlərdən faydalanmaq üçün 145 Məlumat Mərkəzi ilə əlaqə saxlayırlar. Hal-hazırda 25 nəfərdən ibarət işçi heyəti ilə xidmət göstərən Mərkəzin gün ərzində cavablandırılan zəng sayı 1500, sosial şəbəkələrdəki müraciətlərin sayı 800, onlayn məsləhətlərin sayı isə 200 nəfəri əhatə edir. Geniş xidmət şəbəkəsinə malik olan 145 Məlumat Mərkəzi müştərilərə təqdim etdiyi yeni - video məsləhətçi xidməti vasitəsilə də müraciətlərini ünvanlamaq imkanı yaradır.

Qeyd edək ki, şəhərdaxili telefonlardan, həmçinin regionlardan 145 Məlumat Mərkəzinə edilən zənglər pulsuzdur. Zəng etmək imkanı olmayan müştərilər, suallarını 8145 qısa nömrəsinə göndərməklə cavablandırılmasını təmin edə bilərlər.   

Daha ətraflı:

145 məlumat mərkəzi

www.bankofbaku.com

www.facebook.com/bankofbaku

Paylaş:
778

Son xəbərlər

FHN: Ötən sutka 3 nəfər xilas edilibBu gün, 11:28Bağçalara müdir vəzifəsinə işə qəbul üzrə müsabiqənin elektron sənəd qəbulu başlayıbBu gün, 11:14Kamaləddin Qafarov: “COP29-un nəticələri bütün bəşəriyyətə xidmət edəcək”Bu gün, 11:05Həm piyada keçidindən, həm də qırmızı işıqdan keçən motosiklet qəzaya səbəb olub - VİDEOBu gün, 10:56Azərbaycan neftinin qiyməti 75 dolları ötübBu gün, 10:55Şəhid ailələrinə güzəştlərdə dəyişiklik edildiBu gün, 10:44Yol polisi yağmurlu hava ilə bağlı sürücülərə müraciət edibBu gün, 10:30Quba rayonunda qanunsuz tikili sökülübBu gün, 10:29“Christian Dior Couture Azərbaycan” MMC ləğv olunduğunu elan edibBu gün, 10:29Mikayıl Cabbarov: ““Yaşıl artım portalı” yaşıl keçid strategiyalarını təkmilləşdirməyə kömək edəcək”Bu gün, 10:20Visionnaire – İtaliyadan gələn zəriflik və dəbdəbə - FOTOBu gün, 10:11COP29 konfransı ilə əlaqədar tibbi xidmət göstərilən şəxslərin sayı açıqlanıbBu gün, 10:04Ötən həftə meşə fondu torpaqlarında 136 mindən artıq ağac əkilibBu gün, 09:55Adil Kərimli Sivilizasiyalar Alyansı Nazir Dostlar Qrupunun Yüksək Səviyyəli Görüşündə çıxış edibBu gün, 09:51Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVABu gün, 09:47Əmtəə bazarlarında qızıl və gümüş daha da bahalaşıbBu gün, 09:35AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:24Yaxın Şərqdə sülhə doğru: İsrail ABŞ-nin planını təsdiqlədiBu gün, 09:18Vətəndaşlara məxsus fərdi məlumatları qanunsuz əldə edən kiberdələduzların məhkəməsi keçirildiBu gün, 09:14Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilibBu gün, 09:05
Bütün xəbərlər