“21-ci əsrin layihəsi”: İlham Əliyev ABŞ və Avropa ilə unikal əməkdaşlıq formatı haqqında nə söylədi? | 1news.az | Xəbərlər
Köşə

“21-ci əsrin layihəsi”: İlham Əliyev ABŞ və Avropa ilə unikal əməkdaşlıq formatı haqqında nə söylədi?

16:57 - 01 / 03 / 2016
“21-ci əsrin layihəsi”: İlham Əliyev ABŞ və Avropa ilə unikal əməkdaşlıq formatı haqqında nə söylədi?

Fevralın 29-da Bakıda “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin ikinci toplantısı keçirildi.

Azərbaycan Prezidenti İlham Əliyevin də qatıldığı toplantıda layihənin iştirakçısı olan ölkələrin – Azərbaycan, Türkiyə, Gürcüstan, Yunanıstan, Albaniya, İtaliya, Bolqarıstan, Xorvatiya, Serbiya, Monteneqronun enerji nazirlərinin rəhbərlik etdiyi nümayəndə heyətləri də iştirak edib.

Tədbirə həmçinin ABŞ Dövlət Departamentinin beynəlxalq enerji məsələləri üzrə xüsusi nümayəndəsi və əlaqələndiricisi Amos Hokstayn, Avropa İttifaqının (Aİ) xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini, həmçinin Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviç də iclasa qatılıblar.

Tədbirin yekununda “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin görüşünün iştirakçıları tərəfindən Birgə Bəyannamə imzalandı.

Tədbir zamanı Azərbaycan Prezidenti İlham Əliyev çıxış edib.

Prezident nə haqda danışıb və onun çıxışından hansı nəticələri çıxarmaq olar?

Dövlət başçısının nitqindən zənnimizcə ən vacib olan tezisləri seçdik. Bu tezislərlə tanış olaraq nələrə nail olundu, hansı faktorlar hesabına bunlar mümkün oldu və regionun ən iddialı infrastruktur layihələrinin reallaşması məsələsində gələcək planların nə olduğu barədə nəticələr çıxarılacaq.

Dövlət başçısının nitqinin tam mətni ilə buradan tanış olmaq mümkündür:

Əməkdaşlıq – uğurun təminatıdır

*Hər şey qarfikə uyğundur.

*Bütün layihə üzvləri arasında əlaqələndirməni yaratmaq məqsədilə göstərilmiş səylər uğurla nəticələndi.Bir il ərzində ikitərəfli və çoxtərəfli formatda çoxsaylı görüşlərimiz olub.

*2015-ci ildə əldə edilmiş mühüm nailiyyətlərdən biri təməlqoyma mərasimi və TANAP layihəsinin həyata keçirilməsinin başlanması oldu.

*Bu gün artıq olduqca möhkəm əməkdaşlıq formatı var.

*Avropa Komissiyası və ABŞ bu layihənin həyata keçirilməsində dəyərli töhfələr veriblər.

Mən layihədə iştirak edən bütün ölkələrin hökumətlərinə minnətdarlığımı bildirmək istəyirəm. Avropa Komissiyasına, Birləşmiş Ştatların hökumətinə bu layihənin həyata keçirilməsinə verdikləri dəyərli töhfəyə görə təşəkkürümü bildirmək istəyirəm”.

“Xanım Mogerinini salamlamaq istəyirəm və “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının bağlanış sessiyasında bizə qoşulduğuna görə minnətdarlığımı bildirirəm. Bu gün səhər biz vitse-prezident Şevçoviç ilə müzakirələri açıq elan etdik. İndi isə Avropa Komissiyasının iki vitse-prezidenti ilə onları başa çatdırırıq. Bu, Avropa İttifaqının həmin layihəyə və enerji təhlükəsizliyinə aid məsələlərə verdiyi əhəmiyyətin bariz nümunəsidir”.

*Hər ölkə layihənin öz ərazisində reallaşmasında məsuliyyət daşıyır.

* Güclü tərəfdaşlıq və əməkdaşlıqla bu məqsədlərə nail olacağıq.

*Biz XXI əsrin tarixi layihəsini – “Cənub Qaz Dəhlizi”ni vaxtında və bütün iştirakçılar üçün maksimal fayda ilə icra edəcəyik.

* Qonaqlarımızın tərkibi, bu gün burada yüksək siyasi səviyyədə təmsil olunma göstərir ki, bütün hökumətlər və tərəfdaşlarımız eyni məqsədə xidmət edirlər.

* Biz, aramızda növbəti illər üçün səmimi əməkdaşlıq və tərəfdaşlıq qurmuşuq.Layihə bitdikdən sonra da əməkdaşlığımız davam edəcək... belə ki, biz bir-birimizlə bağlı olacağıq və bir-birimizdən asılı olacağıq.

* Bu layihə, həmçinin Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlər baxımından vacibdir. Enerji təhlükəsizliyi əməkdaşlığımızın mühüm elementidir.

Siyasətdən kənar energetika

* Enerji amili heç zaman siyasi təşəbbüs və ya siyasi tələb vasitəsi olmalı deyil.

* Biz enerji əməkdaşlığını siyasi formatdan ayırmalıyıq.

* Eyni zamanda, biz layihə üzvləri arasında olduqca möhkəm əməkdaşlıq quracağıq və bu işbirliyi iqtisadiyyatın digər sektorlarına aid olan sahələrdə də nailiyyətlərə imkan açacaq.

* Enerji təhlükəsizliyi indi ölkələrin milli təhlükəsizliyinin ən mühüm elementlərindən biridir. Bu – enerji şaxələndirilməsi layihəsidir.

* “Cənub Qaz Dəhlizi” layihəsində biz nəinki marşrutların, o cümlədən mənbələrin şaxələndirilməsini görürük. Bu isə daha əhəmiyyətlidir.

Tam vaxtında iş

* TANAP layihəsinin həyata keçirilməsi hazırda olduqca fəal mərhələdədir. Əminəm ki, o, vaxtında, hətta cədvəldən əvvəl icra ediləcək.

*İstərdim ki, eyni yanaşma Trans-Adriatik (TAP) layihəsinin həyata keçirilməsində də olsun.

“Ümid edirəm ki, bu il tikinti işləri başlayacaq (söhbət TAP layihəsindən gedir – red.) və hasilatçılarla əlaqələndirmə sayəsində “Cənub” qaz boru kəmərinin çəkilməsində məqsədlərimizə nail olacağıq.

Avropa İttifaqı və ABŞ ilə əlaqələrin gücləndirilməsi

*Azərbaycanın Avropa İttifaqı iləəlaqələrinin yaxşı tarixi və inkişaf üçün çox əhəmiyyətli potensialı var.

“Söhbət yalnız enerji təhlükəsizliyindən getmir. Biz siyasi dialoqa, iqtisadi əməkdaşlığa aid bir çox məsələlər üzərində işləyirik. Avropa İttifaqı əsas ticari tərəfdaşımızdır. Demək olar ki, ticarət dövriyyəmizin yarısı Avropa İttifaqının üzv dövlətlərinin payına düşür. Biz regionda təhlükəsizlik məsələləri, proqnozlaşdırma, multikulturalizm və mədəni müxtəliflik ilə bağlı sıx işləyirik”.

*Azərbaycan əməkdaşlığın uzun illəri ərzində özünü etibarlı tərəfdaş kimi doğruldub.

* Azərbaycan bütövlükdə, Avropa İttifaqı ilə ikitərəfli münasibətləri gücləndirmək niyyətindədir.

“Yeri gəlmişkən, bildirmək istəyirəm ki, Avropa İttifaqına üzv olan dövlətlərin üçdə bir hissəsi ilə Azərbaycan strateji tərəfdaşlıq haqqında bəyannamələri, yaxud sazişləri artıq imzalayıb və ya qəbul edib. Bu, əslində əməkdaşlığımızın mahiyyətini əks etdirir”.

* Layihənin həyata keçirilməsindəAvropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidentiMaroşŞevçoviçin, eləcə də Birləşmiş Ştatların hökumətivəDövlət Departamentinin xüsusi nümayəndəsiAmos Hokstaynın verdiyi mühüm şəxsi töhfə xüsusi əhəmiyyətlidir.

“İyirmi ildən çox müddət əvvəl bütün enerji təşəbbüslərimizin reallaşmasında ABŞ hökumətinə Azərbaycana verdiyi davamlı dəstəyə görə minnətdaram. Bu gün bu layihənin həyata keçirilməsinə yardım etmək məqsədilə ABŞ-ın oynadığı rol çox əhəmiyyətlidir”.

* Bu gün mən əsas sərmayədar və strateji tərəfdaş olan BP-yə minnətdarlığımı bildirmək istəyirəm.

Unikal format

*Azərbaycanşaddır ki, Məşvərət Şurası formatını qurmaq məqsədilə irəli sürdüyümüz təşəbbüslər tərəfdaşlarımız, Avropa Komissiyası tərəfindən dəstəkləndi.

*Bu nadir formatdır ki, “Cənub Qaz Dəhlizi”nin bütün üzvləri, maliyyə təsisatları, Avropa Komissiyası, Birləşmiş Ştatlar bir araya gələrək görülmüş işləri nəzərdən keçirirlər və gələcək üçün planlar hazırlayırlar.

*Məşvərət Şurası formatının yaradılmasının əsas məqsədi əlaqələndirmə ilə bağlı idi. Çünki hazırda bütün ölkələr bir komandadır: Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya, İtaliya. Sevindirici haldır ki, Xorvatiya və Monteneqro nümayəndələri bugünkü görüşdə iştirak edirlər.

“Şahdəniz”dən də artıq

*“Şahdəniz” yatağı hazırda “Cənub Qaz Dəhlizi” üçün yeganə resurs mənbəyidir.

* Təchizatın digər mənbələri də olacaq. Gələcək layihələr və nailiyyətlər aramızda qarşılıqlı etimadın səviyyəsindən asılı olacaq.

* 4–5 il ərzində planlaşdırdılan hasilatdan qat-qat çox həcmdə qazı nəql edə biləcək boru kəməri çəkilir.

* Bu ­– uzunmüddətli enerji əməkdaşlığı, şaxələndirmə, sabitlik, proqnozlaşdırma layihəsidir.

*“Cənub Qaz Dəhlizi” layihəsi Avropanın enerji xəritəsini dəyişir.

* Azərbaycan böyük bazarlara çıxışı əldə edəcək.

*Avropa istehlakçıları etibarlı, dost mənbədən, yeni mənbədən qaz alacaqlar.

* Bu mənbə onilliklər boyu etibarlı təchizatı təmin edə bilər.

* Gələcək planlar və nailiyyətlər aramızda qarşılıqlı etimadın səviyyəsindən asılı olacaq.

Strateji baxımdan Xəzərin pionerləri

* Azərbaycan XIX əsrin ortalarında dünyada ilk dəfə neft hasil edən ölkə olub.

* Sonra, XX əsrin ortalarında dənizdə platforma vasitəsilə neft ilk dəfə məhz Azərbaycanda hasil edilib.

* Müstəqilliyin bərpasından cəmi üç il sonra Azərbaycan “Əsrin Müqaviləsi” kimi tanınan müqaviləyə imza atdı.Dünyada ilk dəfə olaraq, biz Xəzər dənizinin ehtiyatlarını xarici sərmayələr üçün açıq elan etdik və xarici şirkətləri tərəfdaş kimi ölkəmizə dəvət etdik.

* Azərbaycanın qaz ehtiyatları və potensial əlavə ehtiyatlar, tikintisini planlaşdırdığımız infrastruktur bizə təbii sərvətlərimizi bir çox ölkələrə çatdırmaq imkanı yaradacaq.

* Azərbaycan uzunmüddətli strategiyasını həmin layihə üzərində quracaq. Bu məqsədlə, əlbəttə ki, bu əməkdaşlıq və əlaqələndirmə davam etməlidir.

* * *

“Cənub Qaz Dəhlizi” layihəsi vasitəsilə“Şahdəniz-2” çərçivəsində əldə olunan Azərbaycan qazının Türkiyə ərazisindən boru kəməri ilə keçərək Avropaya nəql olunması nəzərdə tutulur.

Xüsusilə də, “Şahdəniz-2” vasitəsilə əldə edilən qaz layihənin əsas mənbəyi kimi nəzərdə tutulacaq.

“Cənub Qaz Dəhlizi” layihəsinin əsas hissələri kimi çıxış edirlər: “Şahdəniz-2” layihəsinin reallaşması, Bakı-Gürcüstan-Türkiyə sərhədindən keçərək Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsi, Türkiyə sərhədinin şərq və qərb hissəsindən keçən TANAP və TAP layihəridir ki, bunlarda öz növbəsində Yunanıstan sərhədindən keçərək Albaniyaya, oradan da İtaliyanın cənubuna daha sonra isə Qərbi Avropaya qədər uzanır. 

“Şahdəniz-2” layihəsi çərçivəsində qaz hasilatına başlanması 2018-ci ildə nəzərdə tutulub. Qaz hasilatının illik həcmi 16 milyard kubmetr təşkil edəcək. Bunlardan 10 milyard kubmetr Avropaya, 6 milyard isə – Türkiyəyə göndəriləcək.

Layihə 45-48 milyard dollar həcmində qiymətləndirilir.

Gələcəkdə mənbələrin sayı və təchizatın həcmini genişləndirmək planlaşdırılır.

Paylaş:
1936

Sizin üçün xəbərlər

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEO27 / 11 / 2024, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıb27 / 11 / 2024, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı var27 / 11 / 2024, 17:46Cəlilabadda zəlzələ olub27 / 11 / 2024, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır27 / 11 / 2024, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirik27 / 11 / 2024, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEO27 / 11 / 2024, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıb27 / 11 / 2024, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib27 / 11 / 2024, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıb27 / 11 / 2024, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli oldu27 / 11 / 2024, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edib27 / 11 / 2024, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıb27 / 11 / 2024, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAM27 / 11 / 2024, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilib27 / 11 / 2024, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıb27 / 11 / 2024, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQ27 / 11 / 2024, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEO27 / 11 / 2024, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEO27 / 11 / 2024, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıb27 / 11 / 2024, 14:16
Bütün xəbərlər