SOCAR bu il ixrac etdiyi neftin həcmini açıqlayıb
Dövlət Neft Şirkəti (SOCAR) 2016-cı ilin fevral ayında Supsa limanından 169 min 215 ton, Ceyhan limanından 1 milyon 473 min 411 ton, Kulevi terminalından 14 min 946 ton xam neft ixrac edib.
1news.az-ın şirkətin saytına istinadən verdiyi xəbərə görə, ümümilikdə yanvar-fevral ayları ərzində Novorossiysk limanından 258 ton, Supsa limanından 423 min 264 ton, Ceyhan limanından 2 milyon 984 min 325 ton, Kulevi terminalından isə 14 min 946 ton xam neft ixrac edilib.
Qeyd edək ki, SOCAR tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də şirkətin özünə məxsus xam neft həcmlərini əks etdirir.
1news.az
831