Azərbaycanın yay vaxtına keçəcəyi tarix açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanın yay vaxtına keçəcəyi tarix açıqlanıb

11:36 - 01 / 03 / 2016
Azərbaycanın yay vaxtına keçəcəyi tarix açıqlanıb

Martın 27-də Azərbaycan ərazisində yay vaxtına keçiləcək.

1news.az-ın verdiyi xəbərə görə, həmin gün saat 04:00-da saatların əqrəbləri 1 saat irəli çəkiləcək, bununla da ölkədə qış vaxtı başa çatacaq.

Xatırladaq ki, Nazirlər Kabinetinin “Azərbaycan Respublikası ərazisində yay vaxtının tətbiq edilməsi haqqında” 17 mart 1997-ci il Qərarına əsasən, hər il mart ayının son bazar günü saat 04:00-da əqrəblərin bir saat qabağa çəkilməsi ilə yay vaxtına keçilir. Qərara əsasən, hər il oktyabrın son bazar günündə ölkə ərazisində qış, martın son bazar günündə isə yay vaxtına keçilir.

Qərarın həyata keçirilməsinə nəzarəti Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi həyata keçirir.

1news.az

Paylaş:
703

Son xəbərlər

Bütün xəbərlər