Ziyad Səmədzadə: Bank sahəsində islahatlarla bağlı təkliflər hazırlanıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Ziyad Səmədzadə: Bank sahəsində islahatlarla bağlı təkliflər hazırlanıb

13:56 - 02 / 03 / 2016
Ziyad Səmədzadə: Bank sahəsində islahatlarla bağlı təkliflər hazırlanıb

Azərbaycan Banklar Assosiasiyası bank sahəsində islahatlarla əlaqədar təkliflər hazırlayıb.

1news.az xəbər verir ki, bu hadqa jurnalistlərə MM-in İqtisadi siyasət, sənayə və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirib.

Onun sözlərinə görə bu məsələ ilə əlaqədar Azərbaycan Banklar Assosiasiyasının MM-in İqtisadi siyasət, sənayə və sahibkarlıq komitəsi ilə görüşü keçiriləcək.

“Görüşdə bankların fəaliyyət effektivliyinin yüksəldilməsi, iqtyisadiyyatın real sektoruna banklar tərəfindən daha böyük kreditlərin verilməsi, yüksək kredit faizlərinin azaldılması məsələsi müzakirə olunacaq”,- deyə, komitə sədri qeyd edib.

1news.az

Paylaş:
883

Son xəbərlər

Bütün xəbərlər