ADIF xarici valyutada əmanəti olan şəxslərə müraciət etdi | 1news.az | Xəbərlər
İqtisadiyyat

ADIF xarici valyutada əmanəti olan şəxslərə müraciət etdi

17:27 - 02 / 03 / 2016
ADIF xarici valyutada əmanəti olan şəxslərə müraciət etdi

"Əmanətlərin sığortalanması haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən, qorunan əmanətçilər kateqoriyasına aid olan fiziki şəxslər xarici valyutada olan əmanətlərinin tam sığortalanamasını istədikdə müəyyən olunmuş xarici valyutada illik faiz dərəcəsi 3 olmaqla müvafiq dəyişikliklər edilməsi üçün əmanət müqavilələri bağlanmış banklara müraciət etməlidirlər.

Fondun mətbuat xidmətindən 1news.az-a bildirilib ki, bu zaman müddəti qurtarmamış əmanət müqavilələrində dəyişikliklər edildikdə, dəyişikliklər edildiyi günə qüvvədə olan müqavilənin şərtlərinə uyğun olaraq faizlər tam məbləğdə hesablanıb ödənilir.

Belə dəyişikliklərin edilməsində maraqlı olmayan, yəni mövcud əmanət müqaviləsində əmanətçinin əmanətlərinin məbləği 30 min manatdan çox deyilsə və faiz dərəcəsi 12 faizdən artıq deyilsə, onun əmanəti qorunur və sığorta olunur. Belə ki əmanət müqaviləsinin müddəti bitənədək əvvəlki şərtlərlə müddəti bitənədək sığortalı hesab edilir. Bu halda Fondun iştirakçı bankında sığorta hadisəsi baş verdikdə kompensasiyalar Fond tərəfindən əvvəlki miqdarda, yəni 30 min manata qədər məbləğdə ödənilir. Milli valyutada olan əmanətlər üzrə kompensasiya manatla, xarici valyutada olan əmanətlər üzrə isə əmanətlərin valyutasında ödənilir. Əmanətlər ABŞ dolları və ya avroda olmadıqda kompensasiya bu valyutaların biri ilə sığorta hadisəsinin baş verdiyi günə Mərkəzi Bankın müvafiq valyutalar üzrə müəyyən etdiyi rəsmi məzənnələr əsasında hesablanmış çarpaz məzənnə üzrə hesablanır və ödənilir.

Əmanət müqavilələrinin müddəti qurtardıqda həmin günə qorunan əmanətlər üçün hansı faiz dərəcəsinin qüvvədə olmasına diqqət yetirmək vacibdir. Bəzi hallarda əmanət müqavilələri eyni şərtlərlə təkrar uzadılır və həmin günə Fond tərəfindən qorunan əmanətlər üçün maksimal faiz dərəcəsi nəzərə alınmır və nəticədə faiz dərəcəsinə görə qorunan əmanət qorunmayan əmanət statusunu alır və kompensasiya ödənişi zamanı müştəriyə kompensasiya ödənişindən imtina edilir.

Azərbaycan manatında qəbul olunmuş əmanətçilərin əmanətlərində faiz dərəcəsi qorunan əmanətçilər üçün dəyişməyib (12 faiz qalıb), dəyişən yalnız məbləğdir. Yəni manatda olan qorunan əmanət üçün maksimum məbləğ 30 min manat idisə, yeni qanunla əmanətlər üçün məbləğ məhdudiyyəti aradan qaldırılıb.

Əmanətçilərin nəzərinə çatdırılır ki, "Əmanətlərin tam sığortalanması haqqında" Azərbaycan Respublikası Qanununa müvafiq olaraq əmanətlər üzrə tam sığorta müddəti 3 ildir. Bu müddətdən sonra həmin əmanətlər üzrə kompensasiyalar əvvəlki məbləğdə, yəni 30 min manat məbləğində ödəniləcək.

Məsələn, A əmanətçi yanvarın 9-da bir il müddətinə X bankda 12 faizlə 10 min ABŞ dolları yerləşdirib. Bu əmanətçinin əmanətinin müddəti bitənədək onun əmanəti qorunur və sığortalanır. Sığorta hadisəsi baş verdikdə 10 min ABŞ dolları və faizləri Fond tərəfindən kompensasiya edilir.

B əmanətçi yanvarın 15-də 12 faizlə bir il müddətinə 100 min ABŞ dollarında əmanət yerləşdirib. Onun əmanətinin yalnız 30 min manata qədər olan hissəsi sığortalanır və kompensasiya məbləği 19 124 ABŞ dolları (30 000 (AZN) /1.5687(məzənnə)= 19124) təşkil edəcək və qalan vəsaiti (80 876 ABŞ dolları) sığorta hadisəsi baş vermiş bankdan almalı idi. Əgər bu əmanətçi əmanətinin tam sığortalanmasını istəyirsə, banka müraciət edir. Bank müraciət gününə qədər hesablanmış faizləri hesablayır və müştəriyə ödəyir. Müştərinin istəyini nəzərə almaqla qorunan əmanətlər üçün faiz dərəcəsini (ABŞ dolları və ya digər xarici valyutalar üçün 3 faiz) tətbiq etməklə yeni müqavilə bağlayır və müştərinin əmanəti tam qorunur. Sığorta hadisəsi baş verdikdə 100 min ABŞ dolları və faizləri tam şəkildə Fond tərəfindən kompensasiya edilərək ödənilir.

C əmanətçi Y bankda yanvarın 14-də 12 faizlə iki il müddətinə 200 min manat yerləşdirib. Sığorta hadisəsi baş verəndə əvvəllər əgər 30 min kompensasiya alacaqdırsa, yeni qanuna əsasən sığorta hadisəsi baş verəcəyi halda 200 min manatı və hesablanmış faizləri Fond tərəfindən tam kompensasiya edilərək ödəniləcək.

Paylaş:
1758

Son xəbərlər

Fərid Qayıbov məşqçilik ixtisası üzrə ingilis dilində təhsil alan tələbələrlə görüşübBu gün, 11:41FHN: Ötən sutka 3 nəfər xilas edilibBu gün, 11:28Bağçalara müdir vəzifəsinə işə qəbul üzrə müsabiqənin elektron sənəd qəbulu başlayıbBu gün, 11:14Kamaləddin Qafarov: “COP29-un nəticələri bütün bəşəriyyətə xidmət edəcək”Bu gün, 11:05Həm piyada keçidindən, həm də qırmızı işıqdan keçən motosiklet qəzaya səbəb olub - VİDEOBu gün, 10:56Azərbaycan neftinin qiyməti 75 dolları ötübBu gün, 10:55Şəhid ailələrinə güzəştlərdə dəyişiklik edildiBu gün, 10:44Yol polisi yağmurlu hava ilə bağlı sürücülərə müraciət edibBu gün, 10:30Quba rayonunda qanunsuz tikili sökülübBu gün, 10:29“Christian Dior Couture Azərbaycan” MMC ləğv olunduğunu elan edibBu gün, 10:29Mikayıl Cabbarov: ““Yaşıl artım portalı” yaşıl keçid strategiyalarını təkmilləşdirməyə kömək edəcək”Bu gün, 10:20Visionnaire – İtaliyadan gələn zəriflik və dəbdəbə - FOTOBu gün, 10:11COP29 konfransı ilə əlaqədar tibbi xidmət göstərilən şəxslərin sayı açıqlanıbBu gün, 10:04Ötən həftə meşə fondu torpaqlarında 136 mindən artıq ağac əkilibBu gün, 09:55Adil Kərimli Sivilizasiyalar Alyansı Nazir Dostlar Qrupunun Yüksək Səviyyəli Görüşündə çıxış edibBu gün, 09:51Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVABu gün, 09:47Əmtəə bazarlarında qızıl və gümüş daha da bahalaşıbBu gün, 09:35AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:24Yaxın Şərqdə sülhə doğru: İsrail ABŞ-nin planını təsdiqlədiBu gün, 09:18Vətəndaşlara məxsus fərdi məlumatları qanunsuz əldə edən kiberdələduzların məhkəməsi keçirildiBu gün, 09:14
Bütün xəbərlər