Rusiyada axtarışda olan şəxs Bakıda ələ keçdi | 1news.az | Xəbərlər
Cəmiyyət

Rusiyada axtarışda olan şəxs Bakıda ələ keçdi

18:34 - 02 / 03 / 2016
Rusiyada axtarışda olan şəxs Bakıda ələ keçdi

Polis Rusiyada adam öldürməyə görə axtarışda olan şəxsi saxlayıb.

1news.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat veriblər.

Məlumata görə, nazirliyin Baş Cinayət Axtarışı İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsi (qəsdən adam öldürmə) ilə axtarışda olan Namiq Dəmirov tutulub.

1news.az

Paylaş:
1028

Son xəbərlər

Bütün xəbərlər