İlham Əliyev “Azərbaycan Respublikasının fövqəladə hallar atlası”nın nəşri haqqında sərəncam imzalayıb | 1news.az | Xəbərlər
Rəsmi

İlham Əliyev “Azərbaycan Respublikasının fövqəladə hallar atlası”nın nəşri haqqında sərəncam imzalayıb

18:59 - 02 / 03 / 2016
İlham Əliyev “Azərbaycan Respublikasının fövqəladə hallar atlası”nın nəşri haqqında sərəncam imzalayıb

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının fövqəladə hallar atlası”nın nəşri haqqında sərəncam imzalayıb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, sərəncamda deyilir:

“Yer kürəsində vaxtaşırı olaraq təbii fəlakətlərin baş verməsi, həmçinin insan fəaliyyətinin artması təbii və texnogen xarakterli fövqəladə halların intensivləşməsi ilə nəticələnir.

Son iyirmi ildə Azərbaycanda aparılan geniş quruculuq işləri sayəsində irimiqyaslı dövlət və beynəlxalq əhəmiyyətli layihələr həyata keçirilir. Bununla bağlı əhalinin və infrastruktur obyektlərinin mühafizəsini və fövqəladə halların qabaqlanması üçün profilaktik tədbirlərin planlaşdırılmasını həyata keçirən, bu sahədə müvafiq qərarlar qəbul edən dövlət orqanlarından vahid elmi-praktik yanaşma tələb olunur. Eyni zamanda, ölkə ərazisində baş vermiş və yarana biləcək təbii dağıdıcı hadisələrin elmi cəhətdən sistemli şəkildə öyrənilməsi, onların törədə biləcəyi ziyan və risklərin kompleks qiymətləndirilməsi ön plana çəkilir.

Bu baxımdan “Azərbaycan Respublikasının fövqəladə hallar atlası”nın nəşri böyük sosial-iqtisadi əhəmiyyətə malikdir. Atlasın nəşr edilməsində məqsəd təbii resurslardan səmərəli istifadə, əhalinin, yaşayış məntəqələrinin, sənaye və kənd təsərrüfatı müəssisələrinin, digər infrastruktur obyektlərinin, o cümlədən strateji neft-qaz kəmərlərinin, kommunikasiya xətlərinin fövqəladə hallardan qorunması, istehsal qüvvələrinin inkişafı məsələlərinin əsaslandırılmış şəkildə həll edilməsidir.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikasının fövqəladə hallar atlası” nəşr edilsin.

2. “Azərbaycan Respublikasının fövqəladə hallar atlası”nın redaksiya heyətinin aşağıdakı tərkibi təsdiq edilsin:

 

Redaksiya heyətinin sədri

Abid Şərifov - Azərbaycan Respublikası Baş nazirinin müavini.

 

Redaksiya heyəti sədrinin müavinləri:

Kəmaləddin Heydərov - Azərbaycan Respublikasının fövqəladə hallar naziri

Akif Əlizadə - Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti.

Məsul katib

Ramiz Məmmədov - Azərbaycan Milli Elmlər Akademiyasının akademik H.Əliyev adına Coğrafiya İnstitutunun direktoru

Redaksiya heyətinin üzvləri:

Şahin Mustafayev - Azərbaycan Respublikasının iqtisadiyyat naziri

Natiq Əliyev - Azərbaycan Respublikasının energetika naziri

Oqtay Şirəliyev - Azərbaycan Respublikasının səhiyyə naziri

Ramin Quluzadə - Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar naziri

Ziya Məmmədov - Azərbaycan Respublikasının nəqliyyat naziri

Heydər Əsədov - Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri

Hüseynqulu Bağırov - Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri

Əbülfəs Qarayev - Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri

Mikayıl Cabbarov - Azərbaycan Respublikasının təhsil naziri

Kərəm Həsənov - Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin sədri

Tahir Budaqov - Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin sədri

Faiq Tağı-zadə - Azərbaycan Respublikasının fövqəladə hallar nazirinin müavini

Rövnəq Abdullayev - Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin prezidenti

İlyas Əlizadə - Azərbaycan Respublikasının Nazirlər Kabineti Aparatının Ekologiya  şöbəsinin müdiri

İbrahim Quliyev - Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti

Qurban Yetirmişli - Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru

Ulduz Həşimova - Azərbaycan Milli Elmlər Akademiyasının akademik A.Qarayev adına Fiziologiya İnstitutunun direktoru

İlham Ələkbərov - Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnstitutunun direktoru

Validə Əlizadə - Azərbaycan Milli Elmlər Akademiyasının Botanika İnstitutunun direktoru

Elmira Ramazanova - Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Neftin, Qazın Geotexnoloji Problemləri və Kimya Elmi-Tədqiqat İnstitutunun direktoru.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin”.

President.az

Paylaş:
890

Son xəbərlər

Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib22 / 11 / 2024, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparır22 / 11 / 2024, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTO22 / 11 / 2024, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırış22 / 11 / 2024, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edib22 / 11 / 2024, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJ22 / 11 / 2024, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaq22 / 11 / 2024, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb22 / 11 / 2024, 16:52İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıb22 / 11 / 2024, 16:39Azərbaycan və Almaniya XİN başçıları görüşüb22 / 11 / 2024, 16:24Fərid Əhmədova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib22 / 11 / 2024, 16:19Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır22 / 11 / 2024, 15:56Azad olunmuş ərazilərə getmək istəyənlərin NƏZƏRİNƏ: Dekabr üçün biletlər satışa çıxarılacaq22 / 11 / 2024, 15:50Azərbaycanın turizm imkanları Özbəkistanda sərgilənir22 / 11 / 2024, 15:40Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdi22 / 11 / 2024, 15:37Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanlının nəşi 2 ay sonra tapıldı22 / 11 / 2024, 15:11Goranboyda qadın bıçaqlanıb22 / 11 / 2024, 14:55Fuad Axundov COP29-da İrəvan xanlığının tarixindən danışdı - FOTO22 / 11 / 2024, 14:19Qubada iki avtomobil toqquşub22 / 11 / 2024, 14:18İmişlidə ölümlə nəticələnən yol qəzası olub22 / 11 / 2024, 14:02
Bütün xəbərlər