“Dövlət Sosial Müdafiə Fondunun 2016-cı il büdcəsi haqqında” qanunda dəyişiklik edilib
Milli Məclis “Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2016-cı il büdcəsi haqqında” Qanununda dəyişiklik edib.
1news.az dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, Milli Məclis Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alır:
“Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2016-cı il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda aşağıdakı dəyişikliklər edilsin:
1. 1-ci maddə aşağıdakı redaksiyada verilsin:
“Maddə 1. Büdcənin ümumi göstəriciləri
Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2016-cı il büdcəsinin gəlirləri 3307360000,0 manat, xərcləri 3307360000,0 manat məbləğində təsdiq edilir.”.
2. 2-ci maddədəki cədvəlin 1-ci bəndində “1972200100,0” rəqəmləri “2054990000,0” rəqəmləri ilə, 1.1-ci yarımbəndində “605000000,0” rəqəmləri “658000000,0” rəqəmləri ilə, 1.2-ci yarımbəndində “82500000,0” rəqəmləri “89750000,0” rəqəmləri ilə, 1.4-cü yarımbəndində “1272200100,0” rəqəmləri “1294740000,0” rəqəmləri ilə, 3-cü bəndində “1100000000,0” rəqəmləri “1246000000,0” rəqəmləri ilə əvəz edilsin.
3. 3-cü maddədəki cədvəlin 1-ci bəndində “3011145000,0” rəqəmləri “3238950000,0” rəqəmləri ilə, 1.1-ci yarımbəndində “2923588000,0” rəqəmləri “3136100000,0” rəqəmləri ilə, 1.2-ci yarımbəndində “87557000,0” rəqəmləri “102850000,0” rəqəmləri ilə, “21723100,0” rəqəmləri “22000000,0” rəqəmləri ilə, “27144100,0” rəqəmləri “27500000,0” rəqəmləri ilə, “7070300,0” rəqəmləri “7780000,0” rəqəmləri ilə, “9757300,0” rəqəmləri “13100000,0” rəqəmləri ilə, “15594100,0” rəqəmləri “17200000,0” rəqəmləri ilə, “6268000,0” rəqəmləri 15270000,0” rəqəmləri ilə, 2-ci bəndində “20015100,0” rəqəmləri “21000000,0” rəqəmləri ilə əvəz edilsin”.
Bundan əlavə, Prezident İlham Əliyev “Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2016-cı il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 23 fevral tarixli 130-VQD nömrəli Qanununun tətbiqi haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir:
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2016-cı il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 23 fevral tarixli 130-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2016-cı il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2016-cı il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin”.
President.az