“Xalq Bank” kartları ilə ödə, unudulmaz istirahət qazan! - FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

“Xalq Bank” kartları ilə ödə, unudulmaz istirahət qazan! - FOTO

10:35 - 02 / 03 / 2016
“Xalq Bank” kartları ilə ödə, unudulmaz istirahət qazan! - FOTO

“Xalq Bank” plastik kart sahibi olan müştərilərinin iştirakı ilə növbəti stimullaşdırıcı lotereyanın başlanmasını elan edir.

“Xalq Bank” kartı ilə ödə, istirahət qazan!” tirajlı lotereya çərçivəsində 2016-cı il boyunca hər ay Şamaxıda yerləşən dəbdəbəli “Sakit Göl” tətil və istirahət məkanında 2 nəfərlik 3 istirahət kuponu (iki gün, bir gecə; səhər və şam yeməyi daxildir) oynanılacaq. İlin sonunadək lotereya vasitəsi ilə cəmi 30 kupon öz sahibini tapacaq. Kupon qalibə verildiyi andan 2 (iki) ay müddətində etibarlıdır.

Martın 2-dən başlayaraq 20 manat (və ya xarici valyutada ekvivalenti) və daha çox məbləğdə nağdsız ödəniş edən “Xalq Bank” kartlarının sahibləri lotereyanın iştirakçısına çevrilirlər. Hər 20 manatlıq ödəniş bir elektron biletə bərabərdir. Əməliyyatın məbləği yüksək olduqda elektron biletlərin sayı, müvafiq olaraq da kart sahibinin qalib olmaq şansları artır. Əməliyyatlar bir iş günü ərzində elektron biletlərə dəyişdirilir və kart sahibi biletlərin sayı və digər məlumatlarla bankın www.xalqbank.az səhifəsində tanış ola bilər. Sistemə daxil olmaq üçün kart sahibinin şəxsiyyətini təsdiq edən sənədin məlumatları qeyd olunur.

“Xalq Bank” kartı ilə ödə, istirahət qazan!” lotereyası cari ilin mart ayının 2-dən başlayaraq 31 dekabr tarixədək davam edəcək. İlk 3 kuponun oynanılacağı birinci tiraj aprel ayının 5-də baş tutacaq. Bu tirajda mart ayının 2-dən 31-dək qazanılan elektron biletlər iştirak edəcək. Hər iştirakçı oynanılan mükafat növündən yalnız bir ədəd qazana bilər. Lotereyada Azərbaycan Respublikasının vətəndaşları ilə yanaşı xarici vətəndaşlar da iştirak edə bilər.

Plastik kartları Bankın istənilən filialında əldə etmək olar. Visa Electron/MC Debit, Visa Classic/MC Standard və Visa Gold/MC Gold kartları pulsuz təqdim olunur. Plastik kartlar və kampaniyalar haqda daha ətraflı məlumatı www.xalqbank.az internet səhifəsindən və ya 138 Məlumat Mərkəzindən əldə etmək olar.

Paylaş:
777

Son xəbərlər

Fərid Qayıbov məşqçilik ixtisası üzrə ingilis dilində təhsil alan tələbələrlə görüşübBu gün, 11:41FHN: Ötən sutka 3 nəfər xilas edilibBu gün, 11:28Bağçalara müdir vəzifəsinə işə qəbul üzrə müsabiqənin elektron sənəd qəbulu başlayıbBu gün, 11:14Kamaləddin Qafarov: “COP29-un nəticələri bütün bəşəriyyətə xidmət edəcək”Bu gün, 11:05Həm piyada keçidindən, həm də qırmızı işıqdan keçən motosiklet qəzaya səbəb olub - VİDEOBu gün, 10:56Azərbaycan neftinin qiyməti 75 dolları ötübBu gün, 10:55Şəhid ailələrinə güzəştlərdə dəyişiklik edildiBu gün, 10:44Yol polisi yağmurlu hava ilə bağlı sürücülərə müraciət edibBu gün, 10:30Quba rayonunda qanunsuz tikili sökülübBu gün, 10:29“Christian Dior Couture Azərbaycan” MMC ləğv olunduğunu elan edibBu gün, 10:29Mikayıl Cabbarov: ““Yaşıl artım portalı” yaşıl keçid strategiyalarını təkmilləşdirməyə kömək edəcək”Bu gün, 10:20Visionnaire – İtaliyadan gələn zəriflik və dəbdəbə - FOTOBu gün, 10:11COP29 konfransı ilə əlaqədar tibbi xidmət göstərilən şəxslərin sayı açıqlanıbBu gün, 10:04Ötən həftə meşə fondu torpaqlarında 136 mindən artıq ağac əkilibBu gün, 09:55Adil Kərimli Sivilizasiyalar Alyansı Nazir Dostlar Qrupunun Yüksək Səviyyəli Görüşündə çıxış edibBu gün, 09:51Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVABu gün, 09:47Əmtəə bazarlarında qızıl və gümüş daha da bahalaşıbBu gün, 09:35AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:24Yaxın Şərqdə sülhə doğru: İsrail ABŞ-nin planını təsdiqlədiBu gün, 09:18Vətəndaşlara məxsus fərdi məlumatları qanunsuz əldə edən kiberdələduzların məhkəməsi keçirildiBu gün, 09:14
Bütün xəbərlər