Azərbaycan Prezidenti Rusiyanın baş nazirinin müavini ilə görüşüb – FOTO | 1news.az | Xəbərlər
Rəsmi

Azərbaycan Prezidenti Rusiyanın baş nazirinin müavini ilə görüşüb – FOTO

17:20 - 03 / 03 / 2016
Azərbaycan Prezidenti Rusiyanın baş nazirinin müavini ilə görüşüb – FOTO

Azərbaycan Prezidenti İlham Əliyev cümə axşamı günü Rusiya Federasiyasının baş nazirinin müavini Dmitri Rozoqin ilə görüşüb.

1news.az-ın verdiyi xəbərə görə, bu haqda D.Rozoqin öz Twitter hesabında yazaraq görüşü əks etdirən foto da yerləşdirib.

“Dost Azərbaycanın lideri İlham Əliyevlə müsbət danışıqların yekunlarına dair” – deyə o, qeyd edib.

Daha əvvəl, “Коммерсантъ” qəzeti silah təchizatı ilə əlaqədar mənbələrə istinad edərək məlumat yaymışdı ki, D.Rozoqin cümə axşamı günü Prezident İlham Əliyevlə hərbi-texniki əməkdaşlığı müzakirə etməklə bağlı görüşəcək.

Qəzetin məlumatlarına əsasən Rozoqindən əlavə, Bakıya Rusiya Müdafiə İxracatının rəhbərləri, eləcə də Hərbi-Texniki Əməkdaşlıq üzrə Xüsusi Xidmət nümayəndələri də səfər edəcəklər.

Nəşrin həmsöhbətlərinin sözlərinə görə, bu səfər xüsusi əhəmiyyət daşıyır və əvvəlcədən planlaşdırılmayıb. Buna ixrac müqavilələri ilə bağlı çətinliklər səbəb olub ki, bu da yüksək səviyyədə həll edilməlidir.

Qeyd edək ki, D.Rozoqinin mandatı sahəsinə hərbi-sənaye kompleksi, müdafiə sifarişi, milli müdafiə, mobilləşmiş hazırlıq, eləcə də dənizçilik siyasəti də daxildir.

Ermənistana silah təchizatı

Bu yaxınlarda Azərbaycanla Rusiya arasında Moskva ilə İrəvan arasında yeni razılaşmaya görə anlaşılmazlıq yaranmışdı. Razılaşmaya əsasən, Rusiya Ermənistana 200 milyon dollar dəyərində hərbi məhsulların alışı üçün kredit təqdim etmişdi.

Yeni razılaşmaya əsasən, 200 milyon dollar həcmində olan kredit 10 il olmaqla 2018-ci ilə qədər güzəşt müddətinə təqdim edilib. Məlumata əsasən, erməni tərəfi Rusiyadan “Smerç” PSZO qurğuları, həmçinin “İqla-S”, idarə raketləri 9M113М, zirehli avtomobillər “Tiqr” əldə edəcək.

Ermənistana hücum silah və texnikalarının köçürülməsi Azərbaycanda mənfi qarşılandı. Bununla əlaqədar Moskvaya nota göndərildi və rəsmi cavab gözlənilir.

Bununla belə, Rusiya XİN bəyan edib ki, Rusiya İrəvanla hərbi-texniki əməkdaşlığıbeynəlxalq öhdəlikləri yerinə yetirərək şəffaflıqla həyata keçirir.

“Rusiya Ermənistanla müttəfiqlik münasibətindədir və bu münasibətlər həçinin  hərbi-texniki baxımdam inkişaf edir. Biz, bu əməkdaşlığı şəffaf və bütün beynəlxalq öhdəliklərə uyğun olaraq yerinə yetiririk. Hesab edirəm ki, bu, Azərbaycanda anlayışla qarşılanacaq”, - Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib. 

1news.az

Paylaş:
1061

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər