Bölgələrdə multikulturalizm və tolerantlıqla bağlı tədbirlər keçirilib - FOTO
Martın 3-də Şəki şəhərində “Multikulturalizm ənənəsinə sadiqlik” mövzusunda tədbir keçirilib.
1news.az-ın məlumatına görə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şəki bölgəsi üzrə şöbəsinin, Şəki Şəhər İcra Hakimiyyətinin və Şəki şəhər Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutan tədbirdə DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin müdiri Gündüz Paşayev,şöbənin əməkdaşı Elvin Qarayev, Şəki Şəhər Heydər Əliyev Mərkəzinin direktoru Zeynəb Məmmədova, Şəki Şəhər İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdirinin müavini, dini qurumlarla işin təşkilatçısı Sadiq Yusifov, Şəki Gənclər və İdman İdarəsinin rəisi Vüqar İskəndərov, AMEA-nın Şəki regional elmi mərkəzinin direktoru Yusif Şükürlü, Şəki-Oğuz bölgə qazisi Kamran Məmmədov, gənclər,müəllimlər,elmi işçilər və din xadimləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Şəki Şəhər Heydər Əliyev Mərkəzinin direktoru Zeynəb Məmmədova dövlətin siyasəti və xalqın yaşam tərzi olan multikultural ənənənlərinə dair nümunələri tədbir iştirakçılarının diqqətinə çatdırıb.
DQİDK-nın Şəki bölgəsi üzrə şöbənin müdiri Gündüz Paşayev çıxış edərək bildirib ki, ölkəmizdə tolerantlığın və multikulturalizmin ənənələrinə sadiklik yüksək səviyyədədir.
Daha sonra Şəki Şəhər İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini, dini qurumlarla işin təşkilatçısı Sadiq Yusifov,Şəki Gənclər və İdman İdarəsinin rəisi Vüqar İskəndərov, AMEA-nın Şəki regional elmi mərkəzinin direktoru Yusif Şükürlü və Şəki-Oğuz bölgə qazısı Kamran Məmmədov mövzusu ətrafında öz mühazirələrini və fikirlərini bölüşüblər.
DQİDK-nin təşkilatçılığı ilə Mingəçevir şəhərində də tədbir keçirilib.
Heydər Əliyev Mərkəzində təşkil olunan “Ölkədə dövlət-din münasibətləri, dinlərarası dialoq və tolerantlıq dövlət siyasətidir” adlı tədbirdə Mingəçevir Şəhər Təhsil Şöbəsinin nümayəndəsi Qurban Vahidov, Mingəçevir Şəhər İcra Hakimiyyətinin şöbə müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Sahib Əliyev,Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsinin aparıcı məsləhətçisi Elvin Abbasov,Heydər Əliyev Mərkəzinin direktoru Bəxtiyar Mustafayev, ilahiyyatçı Müşviq Nəcəfov,müəllimlər,şagirdlər və başqaları iştirak ediblər.
Tədbirdə ölkəmizdəki multikulturalizm və tolerantlıq ənənələri, eləcə də dövlət-din münasibətləri barədə çıxışlar edilib.
1news.az