Latviyanın sabiq prezidentləri Bakıya gələcək | 1news.az | Xəbərlər
Siyasət

Latviyanın sabiq prezidentləri Bakıya gələcək

18:03 - 03 / 03 / 2016
Latviyanın sabiq prezidentləri Bakıya gələcək

Latviya Respublikasının sabiq prezidentləri Vaira Vike-Frayberqa və Valdis Zatlers IV Qlobal Bakı Forumunda iştirak etmək üçün Bakıya səfərə gələcək.

1news.az-ın məlumatına görə, martın 10-11-də Bakıda Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçiriləcək forumun mövzusu “Çoxqütblü dünyaya doğru”dur.

Qeyd edək ki, Vaira Vike-Frayberqa Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədridir. 1999-2007-ci illər ərzində iki dəfə  Latviya Respublikasının prezidenti seçilən Vaira Vike-Frayberqa 2013, 2014, 2015-ci illərdə Qlobal Bakı Forumlarında iştirak edib. Bundan başqa Qlobal Forumlara hazırlıq məqsədi ilə keçirilən hazırlıq görüşlərinə qatılıb.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Valdes Zatler isə 2007-2011-ci illərdə Latviya Respublikasına rəhbərlik edib. Sabiq Prezident ötən il ölkəmizdə keçirilmiş III Qlobal Bakı Forumunda iştirak edib.

1news.az

Paylaş:
615

Son xəbərlər

Ucarda kanalda meyit tapılıb

18 / 04 / 2025, 16:27
Bütün xəbərlər