Azərbaycanda mərc oyunlarına nəzarət yeni quruma veriləcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda mərc oyunlarına nəzarət yeni quruma veriləcək

12:02 - 03 / 03 / 2016
Azərbaycanda mərc oyunlarına nəzarət yeni quruma veriləcək

Azərbaycan Milli Məclisinin Gənclər və idman komitəsinin iclasında “Bədən tərbiyəsi və idman haqqında” qanuna dəyişiklik müzakirə edilib.

1news.az APA-ya istinadən xəbər verir ki, komitə sədri Fuad Muradovun sədrliyi ilə keçirilən iclasda Qanunun 53-1.5-ci maddəsində “dövlət nəzarəti müvafiq icra hakimiyyəti orqanı” sözləri “nəzarət maliyyə bazarlarına nəzarət orqanı” sözləri ilə əvəz edilir. Bildirilib ki, bununla idman mərc oyunları mərc oyunlarına nəzarət qeyd olunan müvafiq icra qurumundan alınaraq yeni yaradılmış Azərbaycan Maliyyə Bazarlarına Nəzarət Palatasına verilir.

Qeyd edək ki, müvafiq icra orqanı burada Gənclər və İdman Nazirliyidir. Qanuna əlavə edilən 53-1.7 maddədə isə bildirilir ki, “İdman mərc oyunlarının təşkili və keçirilməsinə nəzarəti həyata keçirən maliyyə bazarlarına nəzarət orqanı həmin orqanın müəyyən etdiyi məbləğdə və qaydada idman mərc oyunlarından əldə olunan haqlar hesabına maliyyələşir”.

İclasda deputat Adil Əliyev bildirib ki, nəzarətin Gənclər və İdman Nazirliyində qalması daha səmərəli olardı.

Deputatlar Şahin İsmayılov və Naqif Həmzəyev isə çıxış edərək bildiriblər ki, dəyişiklik şəffaflığa xidmət etməlidir. N. Həmzəyev nəzarət orqanının ildə bir dəfə parlamentə hesabat verməsini təklif edib və təklif qeydə alınıb.

Sonda sənəd Milli Məclisin plenar iclasına tövsiyə olunub.

1news.az

Paylaş:
492

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər