Azərbaycan elektrik enerjisi istehsalını 5% azaldıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycan elektrik enerjisi istehsalını 5% azaldıb

12:47 - 03 / 03 / 2016
Azərbaycan elektrik enerjisi istehsalını 5% azaldıb

Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycanın enerji sistemində 4 mlrd. kVt/saata yaxın elektrik enerjisi istehsal edilib.

"Azərenerji" ASC-nin mətbuat xidmətindən 1news.az-a verilən xəbərə görə, bu göstərici ötən ilin iki ayından 4,8% azdır.

Cari ilin iki ayı ərzində istehsal olunan elektrik enerjisinin 1,9 mlrd. kVt/saatdan çoxu fevral ayının payına düşüb.

Qeyd olunub ki, ay ərzində ölkə enerji sisteminin əlaqəsi olan qonşu dövlətlərlə elektrik enerjisi mübadiləsi davam etdirilib.

1news.az

Paylaş:
1003

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər