19 nəfərə qarşı dələduzluq edən qadın ələ keçdi | 1news.az | Xəbərlər
Cəmiyyət

19 nəfərə qarşı dələduzluq edən qadın ələ keçdi

12:56 - 03 / 03 / 2016
19 nəfərə qarşı dələduzluq edən qadın ələ keçdi

Polis dələduzluq yolu ilə vətəndaşların külli miqdarda pulunu mənimsəyən şəxsi saxlayıb.

1news.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat veriblər.

Məlumata görə, Qaradağ Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2014-cü il noyabrın 13-də Balakişi Behbudova qarşı dələduzluq etmiş Bakı şəhər sakini Gülnarə Muxtarova saxlanılıb.

Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun 2014-cü il tarixdə daha 18 nəfəri aldadaraq onlardan ümumilikdə 139000 manat pul alması müəyyən edilib.

1news.az

Paylaş:
524

Son xəbərlər

Bütün xəbərlər