Azərbaycandan Gürcüstana əlavə həcmdə qazın nəqlinə dair Memorandum imzalanıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycandan Gürcüstana əlavə həcmdə qazın nəqlinə dair Memorandum imzalanıb

14:05 - 04 / 03 / 2016
Azərbaycandan Gürcüstana əlavə həcmdə qazın nəqlinə dair Memorandum imzalanıb

SOCAR və Gürcüstan hökuməti arasında Azərbaycandan nəql olunan qazın həcminin artırılmasına dair Memorandum imzalanıb.

1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, sənədi SOCAR prezidenti Rövnəq Abdullayev və Gürcüstan baş nazirinin müavini, energetika naziri Kaxa Kaladze imzalayıblar.

Azərbaycandan Gürcüstana əlavə olaraq hansı həcmdə qazı olunacağı hələlik məlum deyil. Lakin bundan öncə hər iki ölkənin rəsmiləri dəfələrlə bildirib ki, Gürcüstan əlavə olaraq 500 mln. kubmetr qazın nəql olunmasını istəyir.

1news.az

Paylaş:
748

Son xəbərlər

Bütün xəbərlər