Azərbaycanda maliyyə amnistiyası elan olunması təklif olunur | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycanda maliyyə amnistiyası elan olunması təklif olunur

15:05 - 04 / 03 / 2016
Azərbaycanda maliyyə amnistiyası elan olunması təklif olunur

Azərbaycanda maliyyə amnistiyası elan olunmalıdır.

1news.az-ın məlumatına görə, belə bir təkliflə Milli Məclisin bu gün keçirilən plenar iclasında millət vəkili Fəazil Ağamalı çıxış edib.

Onun sözlərinə görə, cinayət yolu ilə əldə edilmiş pullar istisna olmaqla, digər hallarla bağlı maliyyə amnistiyasının tətbiqinə ehtiyac var:

“Maliyyə amnistiyası Azərbaycana maliyyə axınını təmin edə bilər. Bu isə iqtisadi inkişafı daha da gücləndirə, yerli istehsalı genişləndirə  bilər”.

1news.az

 

Paylaş:
754

Son xəbərlər

Bütün xəbərlər