Prezident yanında Apellyasiya Şurasının ilk iclası keçirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Prezident yanında Apellyasiya Şurasının ilk iclası keçirilib

15:15 - 04 / 03 / 2016
Prezident yanında Apellyasiya Şurasının ilk iclası keçirilib

Bakıda Apellyasiya Şuralarının fəaliyyətinə həsr edilən ümumrespublika seminar-müşavirəsi keçirilib.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, Azərbaycan Prezidentinin “Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuralarının yaradılması haqqında” 2016-cı il 3 fevral tarixli Fərmanına uyğun olaraq yaradılmış Apellyasiya Şuralarına həsr olunan seminar-müşavirədə mərkəzi və yerli icra hakimiyyəti orqanlarında yaradılmış şuraların sədrləri və katibləri iştirak ediblər.

Yığıncaqda çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurasının sədri, Prezident Administrasiyasının dövlət nəzarəti şöbəsinin müdiri Eldar Nuriyev bildirib ki, Apellyasiya Şuraları Prezident İlham Əliyev yeni iqtisadi şəraitdə həyata keçirdiyi dövlət siyasətinə uyğun olaraq sahibkarlığın stimullaşdırılması, təşviqi, iş adamlarının hüquqlarının müdafiəsi, sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin müraciətlərinə baxılması, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının qərarlarından, hərəkət və hərəkətsizliyindən şikayət verilməsi mexanizminin təkmilləşdirilməsi məqsədilə yaradılıb.

Apellyasiya Şuralarına çox vacib funksiyaları yerinə yetirilməsi həvalə olunub. Həmin funksiyaların icrası ölkədə sistemli şəkildə həyata keçirilən iqtisadi islahatların, aparılan anti-korrupsiya siyasətinin ayrılmaz tərkib hissəsi olmaqla, sahibkarlıq sahəsində ciddi qayda yaradılmasına, sivil biznes mühitinin formalaşmasına, qanun pozuntularının, mənfi təcrübənin aradan qaldırılmasına, sahibkarlığın və iqtisadiyyatın davamlı inkişafına müsbət təsir göstərəcək.

Eldar Nuriyev qeyd edib ki, dövlətimizin başçısının tapşırıqlarının təxirə salınmadan yerinə yetirilməsi məqsədilə Fərman qəbul olunduqdan dərhal sonra texniki-təşkilati tədbirlərin icrasına başlanılıb, işlərin sistemli və ardıcıl aparılması üçün Tədbirlər Proqramı təsdiqlənib.

“Qısa müddət ərzində şuranın kadr potensialı, maddi-texniki bazası formalaşdırılıb və fəaliyyətini tənzimləyən hüquqi aktlar qəbul edilib. Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurasının normal fəaliyyətinin təmin edilməsi məqsədilə müasir tələblərə cavab verən texniki avadanlıqlarla təchiz olunan iclas zalı, xidməti otaqlar və şuranın möhürü, blankı, sənədlərin nümunələri hazırlanıb. Dəqiq statistikanın və ciddi uçotun aparılması məqsədilə şikayətlərin jurnal və elektron qeydiyyatı sistemi qurulub, 100-dən çox parametr üzrə proqram təminatı və şuranın rəsmi saytının xəritəsi yaradılıb.

Eyni zamanda, şuranın katibliyinin tərkibi təsdiq edilib, müvafiq iş bölgüsü aparılıb, şikayətlərə baxılmasına dair təlimat, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının Apellyasiya Şuraları ilə qarşılıqlı fəaliyyətinin təminatına dair Metodiki Təlimat, hesabatların təqdim edilməsi forması, şikayətlərin, o cümlədən təkrar şikayətlərin verilməsi, onlara baxılması prosedurları, qərar qəbulu formaları hazırlanıb. Rəy verilməsinə zərurət yarandıqda xüsusi biliyə və təcrübəyə malik olan mütəxəssislər və ekspertlər qrupu müəyyən edilib”, - deyə Eldar Nuriyev bildirib.

Vurğulanıb ki, Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurası artıq sahibkarların şikayətlərinə baxmağa hazırdır. Son bir neçə gündə Şuraya xeyli sayda şikayətlər daxil olub. Onların araşdırılması göstərir ki, vətəndaşlar qarşılaşdıqları problemlərlə bağlı müxtəlif məzmunda müraciətlər etsələr də, qanunvericiliyi mükəmməl bilmədiklərinə, onun müddəalarını düzgün təsbit etmədiklərinə, müəyyən olunmuş prosedurları pozduqlarına görə, şikayətlərə mahiyyəti üzrə baxıb qərar çıxarmaq imkan xaricində olub. Şikayətçilərə qanunvericiliklə müəyyənləşdirilmiş şərtlərə dəqiq riayət olunması, əvvəlcə mərkəzi və yerli icra hakimiyyəti orqanlarının Apellyasiya Şuralarına, onların qərarlarından narazı qaldıqları təqdirdə Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurasına müraciət etmələri tövsiyə olunub və onlara izahlı cavablar verilib.

Qeyd edilən nöqsanların aradan qaldırılması, əhalinin maarifləndirilməsi, şikayətlərə baxılması qaydaları barədə məlumatlandırılması məqsədilə ölkədə fəaliyyət göstərən informasiya agentliklərində, qəzetlərdə Azərbaycan, rus və ingilis dillərində müsahibələr dərc olunub, şura üzvlərinin iştirakı ilə televiziya efirində “dəyirmi masa”lar təşkil olunub.

“Bununla belə şuraya daxil olan şikayətlərin təhlili göstərir ki, əhalinin hüquqi maarifləndirilməsi, qanunçuluğun tələblərinin izah edilməsi məqsədilə yerlərdə təbliğat-təşviqat işlərinin aparılmasına ciddi ehtiyac var. Bugünkü müşavirə iştirakçıları həmin məsələlərə xüsusi diqqət yetirilməli və yerlərdə təbliğat-təşviqat işləri gücləndirməlidirlər”, - deyə Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurasının sədri vurğulayıb.

Qeyd edilib ki, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuralarının yaradılması ilə bağlı hazırlıq işlərinin gücləndirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurası tərəfindən bütün aidiyyəti icra qurumlarına rəsmi məktublar göndərilib, şuraların 10 gün müddətində işlərə baxılmasına hazır vəziyyətə gətirilməsi barədə tapşırıqlar verilib, müraciət etmiş şəxslərə zəruri metodiki və hüquqi kömək göstərilib.

Seminar-müşavirədə qarşısında duran vəzifələrin icrası, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında yaradılmış şuraların fəaliyyətinin Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurası ilə əlaqələndirilməsi, şuralarda işin günün tələblərinə uyğun şəkildə qurulması və qarşılıqlı işgüzar əməkdaşlığın yaradılması barədə söhbət açılıb. Həmçinin mərkəzi və yerli icra hakimiyyəti orqanlarında yaradılmış şuraların tərkibində fəaliyyət göstərən katibliklərin vəzifə və funksiyaları barədə ətraflı məlumat verilib. Əsasnamənin və qanunvericiliyin tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurası tərəfindən hazırlanan Metodiki Təlimatların təqdimatı keçirilib.

Eyni zamanda, mərkəzi və yerli icra hakimiyyətlərində yaradılmış şuraların fəaliyyəti üçün zəruri olan texniki-təşkilati, informasiya təminatı və digər məsələlər ətrafında geniş müzakirələr aparılıb. Daha sonra seminar-müşavirə qarşılıqlı diskussiya şəraitində davam etdirilib.

1news.az

 

Paylaş:
868

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər