​İtaliya rəsmiləri IV Qlobal Bakı Forumunda iştirak edəcək | 1news.az | Xəbərlər
Siyasət

​İtaliya rəsmiləri IV Qlobal Bakı Forumunda iştirak edəcək

15:40 - 04 / 03 / 2016
​İtaliya rəsmiləri IV Qlobal Bakı Forumunda iştirak edəcək

İtaliya Senatının vitse-prezidenti Linda Lanzilotta, İtaliya prezidentinin diplomatik məsələlər üzrə məsləhətçisi Antonio Zanardi və İtaliyanın Beynəlxalq Təşkilatlar üzrə Cəmiyyətinin prezidenti, sabiq xarici işlər naziri Franko Frattini IV Qlobal Bakı Forumunda iştirak məqsədilə Azərbaycana səfər edəcək.

1news.az-a Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) mətubat xidmətindən verilən məlumata görə, Komitənin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə martın 10-11-də Bakıda “Çoxqütblü dünyaya doğru” mövzusuna həsr edilən Forumda münaqişələrin qarşısının alınmasında dinlərarası dialoqun rolu, miqrasiya, multikulturalizm və inteqrasiya məsələləri, enerji və qlobal idarəçiliyin gələcək perspektivləri, o cümlədən qlobal təhlükəsizliyin təmin olunmasında radikallaşma və miqrasiya amillərinin rolu kimi mühüm məsələlər müzakirə olunacaq.

Qeyd edək ki, Linda Lanzilotta və Franko Frattini 2015-ci ilin 28-29 aprel tarixində Bakı şəhərində Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Yeni dünya düzənində etimadın bərpa olunması” mövzusunda keçirilən III Qlobal Bakı Forumunda iştirak ediblər.

1news.az

Paylaş:
708

Son xəbərlər

Ucarda kanalda meyit tapılıb

18 / 04 / 2025, 16:27
Bütün xəbərlər