Elmar Məmmədyarov Almaniyanın Azərbaycandakı səfirini qəbul edib | 1news.az | Xəbərlər
Siyasət

Elmar Məmmədyarov Almaniyanın Azərbaycandakı səfirini qəbul edib

15:43 - 04 / 03 / 2016
Elmar Məmmədyarov Almaniyanın Azərbaycandakı səfirini qəbul edib

Xarici işlər naziri Elmar Məmmədyarov Almaniyanın Azərbaycandakı səfiri Haydrun Tempeli diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.

Xarici işlər Nazirliyindən 1news.az-a verilən məlumata görə, görüşdə Azərbaycan və Almaniya arasında siyasi, iqtisadi, enerji və digər sahələrdə əməkdaşlığın inkişafından məmnunluq ifadə olunub.Səfir diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib.

E. Məmmədyarov Azərbaycan və Almaniya arasında münasibətlərin inkişafına verdiyi töhfəsinə görə səfirə təşəkkürünü ifadə edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

1news.az

Paylaş:
463

Son xəbərlər

Ucarda kanalda meyit tapılıb

18 / 04 / 2025, 16:27
Bütün xəbərlər